Icma.az
close
up
RU
Nə tarix bağışlayar, nə də Allah!

Nə tarix bağışlayar, nə də Allah!

Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

12 il... Düz 12 ildir ki, Azərbaycan futbolu Avropa arenasında "Qarabağ" ilə təmsil olunur və bu adın qarşısında Azərbaycan adı yazılır. Bəlkə də, qısa müddət kimi görünür, bəlkə də hansısa Avropa ölkəsinin futbol klubu üçün sıradan bir şeydir. Amma bir azərbaycanlı üçün bu, sıradan olmamalı, görülməməlidir. Ona görə ki, müharibədən çıxdıqdan sonra yenidən toparlanmağa başlayan, torpaq üçün həsrətinin göz yaşı ilə gecəsini gündüzünə calayan hər kəs təsəllini onda tapırdı. "Qarabağ" təsəvvürümüzün heç hüdudlarına daxil olmayan, xəyalını qurmaqda belə çətinlik çəkəcəyimiz günləri 12 ildir Azərbaycan üçün yaşadır.  Milyonlar alaraq ölkə futbolu üçün heç nə etməyən Yurçeviçlərin, Byazilərin yox, Qurban Qurbanovun sayəsində. Bu gün "Qarabağ"ın məğlubiyyəti yalnız onun ayağına, onun adına yazılır. 12 ilin üstündən nankorcasına xətt çəkilir.

Futbolu bilən, bilməyən, bir dəfə öz cibindən pul verərək bilet alıb stadiona getməyən adamlar sosial şəbəkələrdə 2-3 "like" xətrinə ona könlü istəyən hər şeyi yazmaqda özünü sərbəst hesab edir. Niyə? Çünki Qurban Qurbanov futbolu bilmirmiş, mütəxəssis deyilmiş, bu işlərdən anlamırmış. O, yalnız əmlaklarını çoxaldırmış, bahalı maşınlar alırmış. 2008-ci ildən komandanı bu yerlərə gətirən adamdan danışırıq. 0-dan komanda yığan, gəldiyi zamanlarda normal qazancı belə olmayan şəxsdən. Bordinlərin pulları niyə hesablanmırdı, məsələn? Azərbaycanlı deyildi deyə? Ölkəyə gətirilən hansı əcnəbinin pullarını, əmlakını, var-dövlətini bu qədər müqayisə etmisiniz indiyədək?

Xatırlmıram. Bəlkə də, sizə yediyi pullara layiq olmayan adamlar gətirmək lazım imiş. Qurban Qurbanov sizə yəqin ki, 1 bədən çox gəlib. Əmlakını hesabladıqda, etdiyi xeyriyyə işlərini görməzlikdən gəlməyiniz də qəribədir. Bəziləriniz vəzifədə olarkən sizdən kömək gözləyən insanların yanından düz keçib dəbdəbəli avtomobilinizə minəndə Qurbanov onkoloji xəstəlikdən əziyyət çəkən 12 yaşlı Cabirə, ürək əməliyyat üçün pula ehtiyacı olan Vəli Hüseynova, ehtiyacı olan ailələrə yardım edirdi. Yəqin avtomobilinizə çəkdirdiyiniz "plyonkalar" bunları görməyinizə mane olub.

Futbolu bilmədiyini hesab etdiyiniz şəxs "Qarabağ"ı Azərbaycan tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə,  ilk dəfə Konfrans Liqasında play-off-a, ilk dəfə Avropa Liqasının  pley-off və 1/8 finala yüksəldən adamdır. Mən hələ bu oyunlardakı ilklərdən danışmıram. O uğurları sadalasam, ardıcıllıqdan başınız gicəllənər. Azərbaycan futbol tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsindəki oyunda xal almaqdan (1 dekabr, 2017, "Atletiko Madrid" ilə səfər matçı 1:1) tutmuş UEFA turnirlərində bir mövsümdə (2025/26) 31 qol vuraraq klub reytinqinə 13,750 xal gətirməsinə qədər hər şey istefa verməsini istədiyiniz adamın baş məşqçiliyi dönəmində yazılan uğurlardır. Bu qədər ilkin qarşısında hələ də Qurbanovun futbol biliyindən şübhə edirsinizsə, Heredot belə qəbrindən durub gəlsə, siz tarixi də, tarixi uğurun nə olduğunu da anlamayacaqsınız.  Sayəsində sevincinizdən yer tapa bilmədiyiniz günlərin "sağ ol"unu yerindən göndərməyə çalışmaqla ödəyirsiniz?!

Anlamaq lazımdır ki, bundan bir 100 il keçsə də, Qurbanovun ölkə üçün, Azərbaycan futbolu üçün etdikləri təkrarlanmayacaq. Sizin kiçiltməyə çalışdığınız şəxs "Qarabağ"ın qələbə qazandığı oyunlarda sevinci ilə belə sizi incitməyib. 

Çox uzağa getmək lazım deyil. Təxminən, 6-7 ay əvvəl "Çelsi" ilə heç-heçə, “Benfika”, “Kopenhagen” və “Ayntraxt” kimi klublar üzərində qələbə qazandırdığı üçün başına and içdiyiniz adam haqqında bu gün "başını buraxın" yazırsınız. Ola bilər ki, içkinizin miqdarı hesabladığınız əmlakların məbləğindən daha çox olub? Əks halda, bu qədər naliyyətləri görməmək üçün göz qişanız yırtılmış olmalıdır. 

Qısaca, bu ölkəni beynəlxalq arenada kifayət qədər tanıtdıran, Azərbaycan futbolunu çiyinlərində tək daşıyan Qurbanova qarşı etdiyiniz rəftar, göstərdiyiniz münasibəti nə tarix bağışlayar, nə də and içdiyiniz Allah!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://lent.az
archiveBu xəbər 28 Avqust 2026 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see405

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see401

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see393

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see268

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see266

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see245

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see224

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see220

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see217

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see204

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see193

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see190

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see189

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see188

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see181

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see180

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see179

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see174

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see174

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri