Icma.az
close
up
RU
Nədir bu boşluq?

Nədir bu boşluq?

Icma.az xəbər verir, Kulis.az saytına əsaslanaraq.

Kulis.az Cavanşir Yusiflinin "Bədii mətn dəhlizləri" yazısını təqdim edir.

Bədii mətndən gerçəkliyə dəhlizlər açılır, sən bu dəhlizdən gah gur işıq altında, gah da qaranlıq içindən keçirsən. Füzuliylə müqayisədə, Seyid Əzimdə bu dəhliz keçidləri daha aydın şəkildə görünür. Nəbatini oxuyanda yadına, həm də bu mətnə yuxu kimi dalanda hökmən Anri Mişo düşəcək. Bir qum dənəciyini qaldırası olsan, bütün sahil üstünə uçacaq. Nəbati də elə bunu deyirdi. Anri Mişonun mətnlərini diqqətlə oxuyanda ilk və son (- ~!) kəsdirdiyin bu olur ki, bir məqam var - o məqamda, duyğu və düşüncənin qəlbinə çarpıb itən dalğasında hiss edirsən, bu bir neçə mətn bir-birinin davamını gətirir. Onun "Əlifba" şeirində bayaqkı qum dənəciyi əhvalatı ilə bağlı əks-sədalar var; bu niyə belədir? Bədii mətnin quruluşunda, mənanın yaranma prosesində hər hansı deyim-ideya daim, şair əlinə qələm alandan etibarən özünü təkmilləşdirməyə can atır. Baxın:

Ölümü əsdirən qışın soyuğunda donarkən

gözümün tutduğu hər şeyə baxdım son dəfə

hərisliklə.

Bu soyuq baxışın nişangahında

nə ki əsas deyildi, yox olub gedirdi

bir anda.

Ancaq onları döyəcləyir, ölümün belə

yıxa bilmədiyi bəzi-para şeyləri

saxlamaq istəyirdim.

Bir-bir,

Damcı-damcı

qopub gedirdilər,

nəhayət, hansısa əlifbaya sığınıb

hərflərə çevrildilər,

elə bir əlifba ki, başqa bir dünyada

işləyə bilərdi bəlkə.

Təskinlik tapdım beləcə, yaşadığım dünyanın

məni atacağı qorxusundan azad

oldum.

Bu tutacaqdan bərk-bərk yapışıb,

qanım ləzzətlə damarlarıma qayıdanda

onun məğlubedilməz olduğunu

anladım bir daha,

yenidən həyatın açıq səmasına doğru

uçduqca uçdum...

...Düşünürsən ki, bu qənaət və poetik çarpıntılar bizim klassiklərin gerçəkliyə açılan dəhlizlərindən keçir. Poetik deyimin orijinallığı o qum zərrəsinin törədəcəyi "fəlakət" misalındadır. Klassik bədii mətnlərin, qəzəllərin daxilindəki, bətnindəki enerji, sanki sonacan ifadə olunmur, yəni dünyanı, hər halda yaratmaq istədiyi dünyanı büsbütün əhatə edə bilmir, buna səbəb, bəlkə də formanın içindəki küyün "zərbə dalğası"dır. Klassik qəzəl mətnində orijinal, oxucunu heyrətləndirən deyim, söyləm həm də formanın daxili hərəkət dalğalarıdır.

Gerçəkliklə, yox, bədii mətnlə gerçəklik, lap dəqiqi, yazarın öz içində gün kimi doğan gerçəklik arasındakı dəhlizlər sirli-sehrlidir, lap Əli Kərimin "Metronun yaylı qapıları" şeirində olduğu kimi gah bu yerin üzünə, gah da yerin altına açılır. Nəsr əsərlərində bu halət bir az başqa, fərqli donda doğulur, Jalənin (Jalə İsmayıl) hekayələrində dəhliz yazıçının öz içindən başlanır, bu ortam, gizlinlərə açıq şəkildə işarələr mətndə hər dalğa zərbəsində yenidən başlamaq şansını yaradır. O hekayə və esseləri oxuyanda bəzi boşluqlar özünü az qala gözə soxur. Nədir bu boşluq, hə, bir də görürsən, mətnin bu yerinə şəhərin şərqarışan halının rəsmini qoymaq lazımdır, yaxud dialoqların sakit axarında qayıq şəkli, ya da gəmi fotosu, lövbər atıb sərnişinlərini gözləyən...

Ulucay Akifin "Piterə həmişə qar yağır" hekayəsində də var bu ovqat.

İçində gerçəklik doğmayan yazar nəsə yaza, qaralaya bilməz. Bu "qaralamalar"ın bədii mətnə çevrilməsi böyük, hətta ağır prosesdi. Hekayə mətnində hər şeyin, belə deyək, bütün əşyaların yerini bəlləyən, onları olduqları yerdən aydın göstərə bilən bir sərbəstlik var, bu gərgin mətn deyil, qurulma prinsipi ilə. Sərdar Aminin, məsələn, əksər hekayə mətnlərində təhkiyə maksimum gərginliklə "hərəkət edir", həm də "şütüyür". Bu hekayədə isə təhkiyə uzaqda qoyulan bir güzgü kimidir, nə qədər kiçik olsa da, hər bir ayrıntı orda əksini tapır. Yuxarıda vurğuladığımız gözlənti nəyədir? Adam uzun bir yol qət edib, Mahaçqaladan keçib orda altı saat gözlədikdən sonra təyyarə ilə Piterə uçur. Hər səhər açılanda özünü eyvana atır ki, qar görsün. Bir də ağcaqayınların gövdəsindəki qara yaralar, hətta ağappaq qarın əhatəsində daha qabarıq görünürlər. Belədə ağ rəng güzgünü görünməz etdiyindən ekrandan yalnız həmin çapıqlar görünür. Müəllif bu "çapıqlar"ı verə bilibmi? Qismən hə. Müəllif hekayədə lazım bildiyi ovqatı rəsm etmək, onu sakit və sərbəst şəkildə göstərmək istəyir, həm də kəsiklər, fraqmentlər şəklində. Bu kəsiklərin birləşib bir tam yaratmaq cəhdi "yalançı gedişdir". O ovqatın rəsmində ən yararlı və uyar "alət" məhz fraqmentlərdən görünən dünyadır. Sonuncu cümlədə də bu metod işləkliyini itirmir, dəhlizdə keçidlər çıxmaza dirənir...

"Ədəbiyyat qəzeti"

Tale kimi doğulan mətnlər – Cavanşir Yusifli yazır... Poeziya əxlaqla bağlı nəsnədir – İosif Brodski ilə Oktavio Pasın söhbəti “İbtidai təhsili olan da görər ki, sən çuğulluq eləyirsən”
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:306
embedMənbə:https://kulis.az
archiveBu xəbər 24 Yanvar 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see421

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see386

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see384

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see349

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see345

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see337

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see263

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see260

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see230

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see220

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see218

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see217

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see216

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see212

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see201

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see201

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see197

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see196

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see185

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri