Neft qaz sektorunda istehsal 3,8 faiz azalıb
Icma.az bildirir, Modern.az portalına istinadən.
2025-ci ilin yanvar-mart aylarında ölkədə 29892,9 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.
Modern.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki,iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,8 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 2,5 faiz artmışdır.
ÜDM istehsalının 37,0 faizi sənaye, 10,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,8 faizi tikinti, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 21,6 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,7 faizini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 2922,2 manata bərabər olmuşdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 11 Aprel 2025 12:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















