Icma.az
close
up
RU
Neft yataqlarının kəşfiyyatı işlərini sürətləndirən kvant alqoritmi hazırlanıb

Neft yataqlarının kəşfiyyatı işlərini sürətləndirən kvant alqoritmi hazırlanıb

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 6 fevral, AZƏRTAC

M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) “Fotonik və kvant texnologiyaları. Rəqəmsal tibb” Elmi-Tədris Məktəbinin mütəxəssisləri seysmik məlumatların təhlili üçün kvant alqoritmini işləyib hazırlayıblar. Bu kəşf neft yataqlarının geoloji kəşfiyyatının aparılması üçün tələb olunan vaxtı azaldacaq. AZƏRTAC bu barədə TASS agentliyinə istinadla xəbər verir.

MDU mətbuat xidmətinin məlumatında deyilir: “Alqoritm hesablamalar nöqteyi-nəzərindən mürəkkəb halda seysmik məlumatların inversiyasına əsaslanan ətraf mühitin 3D modelinin qurulması problemini həll etməyə imkan verir ki, bu da klassik kompüterdə onun həlli zamanı xeyli vaxt tələb edir. Yeni alqoritm gələcəkdə həmin vaxtı əhəmiyyətli dərəcədə azaldacaq və neft yataqlarının geoloji kəşfiyyatı ilə bağlı problemlərin həllində daha yüksək dəqiqliyə nail olunacaq”.

Moskva Dövlət Universitetində hazırlanmış alqoritm xüsusi kvant kompüterlərindən istifadə etməklə seysmik məlumatların təhlili üçün nəzərdə tutulub. O, əks olunan seysmik dalğaların ölçülməsinin nəticələrinə əsasən geoloji süxurların strukturunu və tərkibini müəyyən etməyə imkan verir.

Rusiyalı alimlərin kəşfinin təfsilatları “Laser Physics Letters” jurnalında dərc olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Fevral 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see156

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see137

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see133

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see133

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see131

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see130

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri