Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

Neftçala Rayon Ağsaqqallar Şurasının hesabat seçki yığıncağı keçirilib

Neftçala Rayon Ağsaqqallar Şurasının hesabat seçki yığıncağı keçirilib

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Neftçala Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib.

Modern.az xəbər verir ki, yığıncaqda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Respublika Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov, Respublika Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, tibb elmləri doktoru, professor Vaqif Şadlinski, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayon ağsaqqalları, şəhid ailələri və ictimaiyyət nümayəndələri  iştirak edib.

Öncə tədbir iştirakçıları Neftçala şəhərində ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzüb, dahi lideri böyük ehtiramla yad ediblər. Sonra Rayon İcra Hakimiyyətinin inzibati binasında davam edən yığıncaqda  Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Yığıncaqda Neftçala rayon Ağsaqqallar Şurasının sədri Əbülfəz Ağayevin ötən dövr ərzində görülmüş işlərə dair hesabat məruzəsi dinlənilərək, ağsaqqalların ölkəmizin ictimai-siyasi həyatındakı fəal rolundan və yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından bəhs edilib, həmçinin gənc nəslin dövlətə, xalqa sədaqət ruhunda, kənar zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqalların zəngin həyat təcrübəsinə hər zaman böyük ehtiyac olduğu xüsusi vurğulanıb.

Hesabat məruzəsi ətrafında çıxış edən Rayon Ağsaqqallar Şurasının üzvləri Fikrət Əliyev, Şakir Bəşirov və Vətən müharibəsi Qəhrəmanı, şəhid Camal İsmayılovun anası Filarə İsmayılova şuranın hesab dövründəki fəaliyyətini müsbət dəyərləndirərək, ölkəmizdə milli-mənəvi dəyərlərin, o cümlədən ağsaqqallıq ənənələrinin inkişaf tarixinin məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib, ağsaqqalların cəmiyyətdaxili sabitliyin əsas qoruyucusu kimi çıxış etdiyini və insanların nizam-intizama dəvət edilməsində, eləcə də gənc nəslin düzgün yönəldilməsində onların öyüd-nəsihətlərinə hər zaman böyük hörmətlə yanaşıldığını vurğulayıblar və yaşlı nəslin nümayəndələrinə göstərdikləri dəstəyə görə ölkə başçısı cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci-vitse prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. Respublika Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov çıxış edərək, Neftçalada rayon ağsaqqallarının rayon rəhbərliyi ilə sıx əməkdaşlığından məmnunluğunu ifadə edərək ölkəmizdə bütün sahələrdə həyata keçirilən dinamik inkişaf prosesi ilə bağlı ağsaqqallar tərəfindən əhali, xüsusilə gənc nəsil arasında geniş maarifləndirmə işlərinin aparılmasının zəruriliyini diqqətə çatdırdı. Rayonun ictimai-siyasi və mədəni həyatında yaşlı nəslin nümayəndələrinin daha yaxından və fəal iştirakının vacibliyini vurğulayan Abel Məhərrəmov şuranın fəaliyyətini qənaətbəxş hesab etdi.

Daha sonra Respublika Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, tibb elmləri doktoru, professor Vaqif Şadlinski ölkəmizin sosial-iqtisadi inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük müdriklik və uzaqgörənliklə davam etdirildiyini və bunun nəticəsində ölkəmizin iqtisadi qüdrətinin günbəgün artdığını xüsusi vurğulayaraq, torpaqlarımızın ərazi bütövlüyünün təmin edilməsində, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və abadlıq işlərinin aparılmasında Müzəffər Ali Baş Komandan İlham Əliyevin əvəzsiz xidmətlərindən bəhs etdi. O, Neftçala rayonunda gedən abadlıq quruculuq işlərini və rayonun ictimai-siyasi həyatında ağsaqqalların geniş nüfuzunu və hesabat dövründə şuranın fəaliyyətini yüksək qiymətləndirdi.

Hesabat yığıncağında Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxış edərək intellektual potensialı, elm, mədəniyyət və ictimai-siyasi xadimləri öz sıralarında cəmləşdirən Azərbaycan Ağsaqqallar Şurasının yeniyetmə və gənclərin vətənpərvərlik, milli-mənəvi dəyərlər və köklü adət-ənənələrə sadiqlik ruhunda formalaşdırılması prosesindəki müstəsna rolunu önə çəkdi. Rayon rəhbəri vurğuladı ki, çoxşaxəli fəaliyyəti ilə ölkənin ümumi tərəqqisinə töhfə verən respublika ağsaqqalları Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xalqın milli mənafelərinə xidmət edən daxili və xarici strateji kursunu hər zaman qətiyyətlə müdafiə edirlər. Gənc nəslin azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşməsi işinə yaşlı nəslin öz bilik, bacarıq və zəngin həyat təcrübəsi ilə daim dəstək verdiyini diqqətə çatdıran Mirhəsən Seyidov, dövlət başçısının ağsaqqallıq institutuna verdiyi yüksək dəyəri xatırladaraq, qarşıda duran prioritet vəzifələrin icrasında Neftçala ağsaqqallarına uğurlar arzulayıb. Daha sonra yığıncaqda təşkilatı məsələlərə baxılıb. Ağayev Əbülfəz Yusif oğlu yenidən Rayon Ağsaqqallar Şurasının sədri və Şuranın İdarə Heyətinin 13 nəfərdən ibarət üzvü və Təftiş komissiyasının üzvləri səsvermə yolu ilə seçilib.

Tədbirin sonunda ağsaqqalların rəy və təklifləri dinlənilib, qərar layihəsi oxunub və yığıncaq iştirakçıları ilə xatirə şəkli çəkilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 İyul 2026 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see343

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see329

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see325

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see306

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see300

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see298

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see289

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see280

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see268

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see264

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see252

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see251

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see246

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see242

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see237

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see229

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see225

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see222

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see221

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri