Icma.az
close
up
RU
Neftçala Rayon Ağsaqqallar Şurasının illik hesabat yığıncağı keçirilib FOTOLAR

Neftçala Rayon Ağsaqqallar Şurasının illik hesabat yığıncağı keçirilib FOTOLAR

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Bu gün Neftçala rayonunda Ağsaqqallar Şurasının illik hesabat yığıncağı keçirilib. Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Respublika Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayon ağsaqqalları, şəhid ailələri və ictimaiyyət nümayəndələri  iştirak edib.

"Unikal" xəbər verir ki, öncə tədbir iştirakçıları Neftçala şəhərində ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzüb, dahi lideri böyük ehtiramla yad ediblər.

Sonra Rayon İcra Hakimiyyətinin inzibati binasında davam edən tədbirdə  Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Yığıncaqda Neftçala rayon Ağsaqqallar Şurasının sədri Əbülfəz Ağayevin bir il ərzində görülmüş işlər barədə hesabat məruzəsi dinlənilmiş, məruzədə ağsaqqalların ölkəmizin ictimai-siyasi həyatındakı rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından bəhs olunub, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli  təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğu diqqətə çatdırılıb.

Hesabat məruzəsi ətrafında çıxış edən Rayon Ağsaqqallar Şurasının sədr müavini Hüsniyyə Zeynalova, Rayon Ağsaqqallar Şurasının üzvü, ehtiyatda olan hərbi qulluqçu Mustafa Əliyev, Rayon Ağsaqqallar Şurasının üzvü, Rayon Ağsaqqallar Şurasının Həsənabad qəsəbəsi üzrə dayaq məntəqəsinin sədri Valeh Tağıyev şuranın illik fəaliyyətini müsbət dəyərləndirmiş və ölkəmizdə milli-mənəvi dəyərlərimizin, o cümlədən ağsaqqallıq ənənələrinin inkişaf tarixinin başlanğıcının məhz Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu, ağsaqqalların  cəmiyyətdaxili sabitliyin əsas qoruyucusu kimi çıxış etdiyini, insanların nizam-intizama dəvət edilməsində əsas söz sahibi kimi ağsaqqal sözünə, öyüd-nəsihətlərinə böyük hörmətlə yanaşıldığını diqqətə çatdırıblar. 

Respublika Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov çıxış edərək Neftçalada rayon ağsaqqallarının rayon rəhbərliyi ilə sıx əməkdaşlığından  məmnunluğunu ifadə edib. Sədr müavini ölkəmizdə bütün sahələrdə həyata keçirilən inkişaf prosesi ilə bağlı ağsaqqallar tərəfindən əhali, xüsusilə gənclər arasında geniş maarifləndirmə işinin aparılmasının zəruriliyini diqqətə çatdırıb, rayonun ictimai-siyasi həyatında ağsaqqalların daha yaxından iştirak etməsinin vacibliyini vurğulayıb.

Hesabat yığıncağında Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxış edərək bildirib ki, öz sıralarında elm, mədəniyyət və incəsənət adamlarını, ictimai-siyasi xadimləri birləşdirən Azərbaycan Ağsaqqallar Şurası cəmiyyətimizin, xüsusilə də yeniyetmə və gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində üzərinə düşən mühüm öhdəlikləri yerinə yetirir. RİH-nin başçısı çıxışında ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edərək öz fəaliyyətini bir çox istiqamətlərdə quran Azərbaycan Ağsaqqallar Şurasında təmsil olunan respublika ağsaqqallarının Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hər zaman xalqın mənafeyinə xidmət edən daxili və xarici siyasətini dəstəklədiyini, gənc nəslin milli adət-ənənələrə, azərbaycançılıq məfkurəsinə bağlılıq ruhunda tərbiyəsi işinə xüsusi diqqət yetirdiyini, dinamik inkişaf edən ölkəmizin gələcəyi naminə öz qüvvə, bilik və bacarıqlarını əsirgəmədiklərini diqqətə çatdırmış, ölkə başçısının ağsaqqallara həmişə böyük dəyər verdiyini bildirib, bu sahədə qarşıda duran vəzifələrdən danışıb və Ağsaqqallar Şurasının gələcək fəaliyyətində uğurlarlar arzulayıb.

Tədbirin sonunda ağsaqqalların rəy və təklifləri dinlənilib və yığıncaq iştirakçıları ilə xatirə fotosu çəkilib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://unikal.az
archiveBu xəbər 30 Aprel 2025 18:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see756

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see226

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see155

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see143

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see137

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see137

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see136

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see136

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see133

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see130

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri