Neftçalada yanvar faciəsinin şahidi: Sovet əsgərlərinin vəhşiliyini sözlə ifadə etmək çətindir
Icma.az, Baku.ws saytına istinadən bildirir.
Axşam saat 7 radələrində binanın qarşısındakı küçəyə tanklar, BTR-lər gəldi. Boydan uca, əli silahlı insanlar peyda oldu. Binanı birbaşa atəşə tutdular.
BAKU.WS xəbər verir ki, bunu report-a Neftçala rayonunun Bankə qəsəbəsinin sakini, 1990-cı il yanvarın 25-də baş verən hadisələrin şahidi Sevil Dadaşova danışıb.
Qeyd edək ki, Bakıda 1990-cı il 20 Yanvar qətliamından sonra sovet qoşunları respublikanın bir sıra regionlarına yönələrək, oralarda da qırğınlar törədiblər.
S.Dadaşova danışıb ki, güllələr binanı dəlik-deşik etmişdi:
"Hamı qorxu içində mənzillərdə ağzı üstə döşəməyə uzanmışdı. Başımızı qaldıra bilmirdik. Güllələr sanki yağış kimi yağırdı".
Şahid qeyd edib ki, həmin gün dinc sakinlərə qarşı vəhşiliklər törədilib:
"Biz o gün elə acınacaqlı həyat yaşadıq ki, sözlə ifadə etmək çətindir. Belə vəhşiliklər nə görmüşdük, nə də yaşamışdıq. Amma yaşadıq".
Onun sözlərinə görə, hadisələr zamanı evinə ərzaq alıb qayıdan Nurəddin Ağahüseynov "Zaporojets" markalı avtomobilində başından güllə ilə vurularaq qətlə yetirilib.
Həmin gün Sevil Dadaşova üçün şəxsi faciə günü də olub. Belə ki, nişanlısı Əbülfəz Cəfərov sovet hərbçiləri tərəfindən vəhşicəsinə qətlə yetirilib. Onun barmağı əsgərlər tərəfindən kəsilərək nişan üzüyü götürülüb.
Sevil Dadaşova hazırda güllə izlərini daşıyan binanın onlar üçün xüsusi mənəvi anlam kəsb etdiyini vurğulayıb:
"Bu gün güllələnmiş həmin 5 mərtəbəli bina yanvar faciəsinin canlı şahidinə çevrilib. Bu bina bizim üçün tarixi bir yaddaşdır".
Xatırladaq ki, 1990-cı ilin yanvar hadisələri zamanı Neftçala rayonundan, o cümlədən biri Bakıda olmaqla, üç nəfər şəhidlik zirvəsinə ucalıb, on nəfər isə müxtəlif dərəcəli xəsarətlər alaraq əlil olub.
Qalereya
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 24 Yanvar 2026 13:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















