Icma.az
close
up
RU
Neftçi nin sabiq futbolçusu: Emin və Mahir olduqca keyfiyyətli futbolçulardır

Neftçi nin sabiq futbolçusu: Emin və Mahir olduqca keyfiyyətli futbolçulardır

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Neftçi”nin sabiq futbolçusu Mark Tamaş Azərbaycan-Macarıstan görüşü barədə AFFA-nın mətbuat xidmətinə müsahibə verib. 

Apasport.az müsahibəni təqdim edir: 

- İyunun 10-da Azərbaycan və Macarıstan milli komandaları arasında yoldaşlıq görüşü keçiriləcək. Həmin görüşdən nə gözləyirsiniz? 
- Məncə, Macarıstan yığması bu matçda qələbə qazanacaq. Ancaq düşünürəm ki, bu, heç də asan olmayacaq. Yenə də seçmə mərhələyə yaxşı hazırlaşmaq baxımından Macarıstan millisi bu görüşdə qələbə qazanmalıdır.

 - Komandanız DÇ-2026-nın seçmə mərhələsində Portuqaliya, İrlandiya və Ermənistanla qarşılaşacaq. Azərbaycan millisi ilə oyun Macarıstan yığmasına nə qazandıra bilər?
 - Unutmayaq ki, bu, yoldaşlıq oyunudur. Baş məşqçi məhz belə qarşılaşmalarda nəyin yolunda getdiyini, nəyin düzgün edilmədiyini görə bilər. Çünki məşqçilər yoldaşlıq görüşlərində müxtəlif taktikanı, eləcə də, yeni oyunçuları sınaya bilirlər. Azərbaycanla oyun da qarşıdakı rəsmi matçlar öncəsi bəzi məqamları yoxlamaq baxımından yaxşı fürsətdir. 

- Ölkəmizdə çıxış etdiyiniz üçün Azərbaycan millisinin əksər futbolçularını tanıyırsınız. Sizcə, Azərbaycan millisinin güclü və zəif tərəfləri nələrdir?
- Millinizin əksər oyunçuları daxili çempionatda çıxış edir və demək olar ki, eyni komandada oynayırlar. Belədə futbolçular bir-birilərini daha yaxşı tanıyırlar. Bu da Azərbaycan millisinin əsas üstünlüyüdür.

- Macarıstanlı futbolçular millimizin heyətində ən çox kimdən çəkinməlidir? 
- Millinizə çağırılsalar, Emin Mahmudov və Mahir Emrelidən. Eminlə “Neftçi”də komanda yoldaşı olmuşam. Mahiri isə Polşadan tanıyıram. Mən 2020-2022-ci illərdə orada “Slask” klubunda çıxış edirdim. Mahir də həmin vaxt qısa müddət “Legiya”nın formasını geyinmişdi. Hər ikisi olduqca keyfiyyətli futbolçudur. 

- Bəs Macarıstan millisinin ən böyük üstünlüyü nədir və əsas “silah”ı hansı oyunçulardır?
 - Macarıstan yığması çox güclü kollektivdən formalaşıb. Əsas “silah”ları baş məşqçinin illərdir qurduğu komanda ruhudur. Əksər futbolçular Top-5 liqalarda çıxış edirlər. Həmçinin Dominik Soboslay kimi kapitanımız var

- 33 illik Azərbaycan çempionatında çıxış etmiş yeganə macar futbolçusunuz. Bunu bilirdiniz?
 - “Neftçi”də oynamağa başlayanda bu haqda eşitmişdim. Bu statistika mənə çox maraqlı gəldi. Azərbaycan çempionatının yeganə macar futbolçusu olmaq qürurverici, sevindirici məqamdır. 

- Polşa, Rumıniya və Azərbaycanda legioner həyatı yaşamısınız. Bu ölkələri necə müqayisə edə bilərsiniz? Azərbaycanda keçirdiyiniz il yarımlıq vaxtı necə xatırlayırsınız?
 - Futbolçu üçün Polşa ən yüksək səviyyədir. Xüsusən də, azarkeşlərə və liqanın yüksək rəqabətli olmasına görə. Azərbaycandakı ilk ilim yaxşı keçdi. Son tura qədər ikinci yer uğrunda mübarizə apardıq. Amma son yarım il fəlakət idi. Düzünü desəm, “Neftçi” daha yaxşısına layiqdir. 

- Bakı sizdə necə təəssürat yaratdı?
 - Bakı möhtəşəm şəhərdir. Vaxtımız olanda hələ də dostlarımızı görmək üçün ora gəlirik. Ailəm də bir neçə həftə əvvəl Bakıda idi. - Azərbaycandan yeni təklif alsanız, cavabınız necə olar? - Bunu dəqiq bilmirəm. Çox məqamlar var. Amma şübhəsiz ki, bu barədə müsbət düşünürəm.
 

Azərbaycan millisi macarlara qarşı - YENİLƏNİR Premyer Liqa klubunda növbəti ayrılıq Santuş: "Komandamı macarlara qarşı hazırlamışam" Bəhlul Mustafazadə: "Yaxşı oyunla qalib gəlmək mümkündür" AFFA-dan azarkeşlərə jest
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://apasport.az
archiveBu xəbər 10 İyun 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2009

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see230

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see188

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see153

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see148

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see140

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see137

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see136

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see136

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see135

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see129

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see128

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see127

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see126

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see125

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see122

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see122

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see122

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri