“Neftçi” üçün yeni sponsor
futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Neftçi” PFK ilə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə yerləşən müstəqil sərvət fondu və investisiya holdinq şirkəti olan ADQ arasında 3 illik sponsorluq müqaviləsi imzalanıb.
Futbolpress.az xəbər verir ki, anlaşmaya əsasən, “ağ-qaralar”ın rəsmi oyun formaları və satışa çıxarılacaq fan məhsullarının sol qolunda ADQ-nin loqosu yer alacaq.
Bu əməkdaşlıq “Neftçi”nin beynəlxalq miqyasda güclənmək, daha geniş auditoriyaya çatmaq və uzunmüddətli dəyərlər yaratmaq məqsədi ilə atdığı əhəmiyyətli addımlardan biridir.
Qeyd edək ki, 2018-ci ildə “Abu Dhabi Developmental Holding Company PJSC” adı altında yaradılmış, 2020-ci ildə ADQ adını almış qurum Əbu-Dabi hökumətinin strateji tərəfdaşı kimi çıxış edir. ADQ enerji, kommunal xidmətlər, qida və kənd təsərrüfatı, səhiyyə, mobillik və logistika kimi mühüm sektorlar üzrə investisiyalar həyata keçirir.
Baxış sayı:58
Bu xəbər 24 Avqust 2026 14:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















