Icma.az
close
up
RU
“Neftçi”ni Sərgənin nəfsi tutdu?

“Neftçi”ni Sərgənin nəfsi tutdu?

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Sabah”la heç-heçədən sonra “Neftçi”nin baş məşqçisi Samir Abasov futbolçularının həddən artıq ümidli və motivasiyalı olduğu deyib.

Sitat:

“Oyuna qələbə üçün çıxmışdıq və bunun üçün hər şeyi edirdik. Həddən artıq ümidli, motivasiyalıydıq. Bu oyunda futbolçularım intizamı sona qədər qoruyub saxladılar”.


Təsəvvür edirsiz, “Neftçi” öz meydanında iki xal itirib, bununla da turnir cədvəlində daha yuxarılara doğru irəliləmək şansını bir qədər də azaldıb. Rəqibin vurduğu qol da cərimə meydançasında qarışıqlıq zamanı yaranan anlaşmazlıq səbəbindən avtoqol sayəsində gerçəkləşib. Oyun intizamının pozulması necə olmalıdı? Lap tutaq ki, biz Samir bəyə və “Neftçi”nin futbolçularının oyun intizamını sona qədər qoruduqlarına inandıq. O zaman ortaya belə bir sual çıxır: oyun intizamı pozulanda “Neftçi”ni nə gözləyir?
Mən hələ hakimlərin köməyini demirəm. Oyundan sonra AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere 65-ci dəqiqədə yaşanan epizodu şərh etdi. Daha doğrusu, belçikalı sədr hakimlərin “Neftçi”yə etdiyi güzəşti, “ağ-qaralar”ın qapısına penalti təyin olunmamasını “malalamağa” çalışdı. Di gəl ki, De Blekerenin bu uğursuz cəhdi “üzrü günahından betər” məsəlinə çevrildi. Hakimlərin səhvini ört-basdır etməyə çalışan sədr iddia edir ki, “yuxarı bədən təması” edən Yuri Matias top uğrunda mübarizə zamanı üstünlüyə malik olub. Berti Foqtsdan qalma xəstəlikdi, bu əcnəbilər elə bilirlər ki, onların gəlişinə qədər Azərbaycanda futbol-filan olmayıb, biz futboldan da, onun qaydalarından da bixəbərik. Nə yuxarı təmas üstünlüyü, ay cənab De Blekere?! Hamı aydın görür ki, Matias çiyniylə təmas etmir, top uğrunda mübarizə aparan və topla oynamağa daha yaxın olan Xəyal Əliyevi itələyir. Özü də fiziki baxımdan güclü olmasından və cüssəsinin böyüklüyündən istifadə edərək “Sabah”ın futbolçusuna əməlli-başlı mane olur. Cərimə meydançasında belə qayda pozuntuları penalti sayılmayacaqsa, onda hansı hallarda penalti təyin ediləcək?
Az əvvəl qeyd etdiyim kimi, son vaxtlar özündən çıxan, ayağı yerə dəyməyən Matiasın günahı o qədər böyükdü ki, belçikalı sədr də onu cəzalandırmayan baş hakim Kamal Umudlunun səhvini etiraf etməli olur. Bəli, həmin epizodun davamında Matias meydandan qovulmalı, “Neftçi” azlıqda qalmalı idi. Deməli, “Neftçi” yalnız hakimlərin güzəşti sayəsində “Sabah”la qarşılaşmanı tam heyətlə başa vurub. O zaman Samir bəyin dediyi oyun intizamından necə söhbət gedə bilər? Normal hakimlik olsaydı, “Neftçi”nin qapısına penalti təyin olunmalı, yaxud da ən azı De Blekerenin etiraf etdiyi kimi, “ağ-qaralar” görüşü azlıqda başa vurmalı idilər. Bunun baş verməməsinə görə isə yalnız və yalnız görüşün baş hakimi Kamal Umudluya minnətdarlıq etmək lazımdı. Umudlu perspektivli hakimlərimizdəndi, onun bilərəkdən səhv etməsinə inanmaq istəmirəm. Belə bir səhv olubsa, görüşün həyəcanının ayağına yazılmalıdı. Vacib olan danılmaz fakt “Neftçi”nin oyun intizamından danışmağın çətin olduğunu görməyimizdi ki, bunun da əlavə şərhə ehtiyacı yoxdu.
Samir bəy bir məsələni düz deyib ki, “Neftçi”nin problemləri bir günlə düzəlməyəcək. Ölkənin ən qocaman klubunda düzələsi o qədər şey var ki, saymaqla bitməz. Heç təkcə Samir Abasovun əlləşib-vuruşmasıyla da bunlar düzələn deyil, onun buna gücü çatmaz. “Neftçi” 20 turdan sonra cəmi 18 xal toplayıb. Hər oyuna 1 xaldan da az düşür. Ağlımız kəsəndən “Neftçi”nin belə acınacaqlı vəziyyətdə olmasını görməmişik. Lider “Qarabağ”la 32 xallıq fərqin qapanmasının mümkünsüzlüyü məlum məsələdi, bundan heç danışmağa dəyməz. Əsas dərd “Neftçi”nin büdcəsinə, iddialarına, pafosuna görə dəfələrlə üstələdiyi “Araz Naxçıvan”dan 24, “Turan Tovuz”dan 17 xal geri qalmasıdı. Bu biabırçılığa görə heç kim məsuliyyəti üzərinə götürmür, səhvini-günahını etiraf etmir. Heç klubdakı vəzifəsindən də uzaqlaşdırılan yoxdu. Çanaq Roman Qriqorçukun başında sındı ki, ara yerdə ukraynalı mütəxəssisi xərclədilər.
Roman İosifoviç “Neftçi”dən halalıqla ayrıldı, kluba qarşı qəzəbli deyildi. Deyəsən, “Neftçi”ni türkiyəli Sərgən Yalçının qarğışı tutub. Onu təyyarəyə mindirəndən, ikigünlüyə Bakıya gətirib, geri qaytarandan sonra “Neftçi”nin işləri heç qaydasında getmir. Məşqçilər bir-birini əvəzləyir, nəticələr isə yaxşılaşmır. Sərgənin “cəddinə” Nuri Şahinin istefasından sonra şübhəm qalmadı. Adam Almaniya nəhəngi “Borussiya”da etimada layiq görülmüşdü. Sərgən onun haqqında danışandan sonra məğlubiyyətlər sıralandı, ötən həftə Nurini istefaya göndərdilər. “Neftçi” rəhbərliyi və Samir Abasov rahat nəfəs almaq istəyirsə, Sərgənlə əlaqə qurub, ondan halallıq istəməlidi.
AMAL
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 02 Fevral 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see378

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see348

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see329

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see248

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see241

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see233

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see218

Süni intellektin yeni dövrü üçün vacib olan beş metal müəyyən edilib

20 Avqust 2026 21:49see181

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see168

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see165

Böyük Qayıdış: verilən vəd və görülən işlər

20 Avqust 2026 13:23see160

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see159

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see159

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see158

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see156

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see155

FTB cinsi təcavüzdə ittiham olunan keçmiş konqresmen Svalvellin evinə basqın edib

20 Avqust 2026 21:53see154

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see154

Nebenzya: İran Yaxın Şərqdə eskalasiyaya səbəb olmayıb

21 Avqust 2026 02:46see148

“Meta”, “Microsoft”a milyonlar ödəyir

20 Avqust 2026 18:07see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri