“Neftçi”nin xəsarət alan məşqçisinin burnu gipsə qoyulub, sabah Türkiyəyə yollanacaq
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Hadisədən sonra baş məşqçi xəstəxanaya aparılıb, orada burnu gipsə qoyulub”.
Bunu İdman.biz-ə “Neftçi”nin mətbuat katibi Asəf Zeynallı deyib.
O, U-17 Liqasının XXVI turunda keçirilən “Vətən” - “Neftçi” oyununda xəsarət alan komandanın baş məşqçisi Asif Ramazanovun son durumunu açıqlayıb.
Klub rəsmisi bildirib ki, sabah məşqçi Türkiyəyə yollanacaq: “Orada yoldaşlıq oyunlarının keçirilməsi nəzərdə tutulur. Əvvəlcədən planlaşdırılmış matçlardır. Səfərlə bağlı olaraq ilkin müdaxilə edilib, qayıdandan sonra isə təkrar müdaxilə olacaq, əgər hər hansı fəsad yaranarsa, əməliyyata ehtiyac ola bilər. Vəziyyəti hazırda stabildir”.
O bildirib ki, “Neftçi” bu cür hadisələri pisləyir: “Klub olaraq, belə hadisələrin olmasınmı pisləyirik. Xüsusilə də bu hadisənin gənclərin oyununda olması ikiqat təəssüf yaradır. Çünki 17 yaşlı uşaqlar böyüklərdən örnək götürüb meydana çıxırlar. Onların gözü qarşısında belə bir hadisənin baş verməsi ciddi təəssüf doğurur. Ümid edirik ki, AFFA İntizam Komitəsi məsələni araşdıracaq və günahkar olan şəxs də lazımi qaydada cəzalandırılacaq”.
Qeyd edək ki, qarşılaşmada “Vətən”in inzibatçısı olduğu bildirilən şəxs “Neftçi”nin baş məşqçisi Asif Ramazanova kəllə ataraq onun burnunu sındırıb.
Aytac Sahəd
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 07 Fevral 2025 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















