Icma.az
close
up
RU
“Neftin qiymətləri ilə bağlı xəbərlərə nə sevinmək, nə də təlaşlanmaq lazımdır” İQTİSADÇI FOTO

“Neftin qiymətləri ilə bağlı xəbərlərə nə sevinmək, nə də təlaşlanmaq lazımdır” İQTİSADÇI FOTO

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Neftin dünya bazarındakı qiyməti hər gün müəyyən dəyişikliklərə məruz qalır.
Avtosfer.az xəbər verir ki, bu dəyişikliklər bəzən 1-2 faiz, yəni bir neçə dollarlıq eniş və artım şəklində özünü göstərir. Məsələn, 85 dollara satılan “Azeri Light” markalı neftin qiyməti növbəti gün 82 dollara düşə bilir. Media qurumlarının bu tip dəyişiklikləri dərhal “neft ucuzlaşdı” və ya “neft bahalaşdı” başlıqları ilə təqdim etməsi isə ictimaiyyət arasında çaşqınlıq yaradır. Çünki əslində söhbət bazarın təbii dalğalanmasından gedə bilər, uzunmüddətli və ciddi qiymət dəyişikliyindən yox.


Məsələ ilə bağlı iqtisatçı İlham Şaban saytımıza açıqlamasında bildirib ki, Azərbaycanın dövlət büdcəsi hökumət tərəfindən tərtib edilərkən onun gəlirləri neftin orta illik qiymətinə əsasən proqnozlaşdırılır:
“Ona görə də həftəlik, aylıq və hətta rüblük neft qiymətlərinin dəyişkənliyi əsasında nə təlaş keçirmək, nə də sevincək olmağa lüzum yoxdur. Çünki əsas məsələ illik qiymət proqnozundan aşağı göstəricilərin olmamasıdır.  Ötən həftə Azərbaycan Maliyyə nazirliyinin açıqladığı “2025-ci ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər” sənədində ölkəmizin ixrac etdiyi “qara qızlın” dəyəri açıqlanıb. Sənədə görə, bu ilin I yarısında dünya bazarında “Azeri Light” markalı xam neftin bir barelinin orta ixrac qiyməti 73,8 dollar olub ki, bu da 2025-ci ilin büdcə parametrlərinin hesablanması zamanı götürülmüş qiymətdən (70 ABŞ dolları) 5,4 % çoxdur”. 


Həmçinin sosioloq Elçin Bayramlı bu mövzuda Avtosfer.az-a açıqlamasında qeyd edib ki, bu problem internet mediasının inkişafı ilə bağlıdır:
“Xüsusilə saytlar və sosial şəbəkələrdə təqdim olunan başlıqlar oxucunu linkə girməyə vadar etmək üçün şişirdilmiş, saxta və ya yalancı olur. Ciddi, peşəkar mediada belə hallar az müşahidə edilsə də, özünü media adlandıran müxtəlif saytlar, kanallar və səhifələr bu üsulla məşğuldur. Əsas məqsəd klik toplamaq və pul qazanmaqdır. Burada inzibati tədbirlərlə tam təsir göstərmək mümkün deyil, çünki internet və media azaddır. Çıxış yolu yalnız cəmiyyətin savad və dünya görüşü ilə bağlıdır”. 
Elçin Bayramlı vurğulayıb ki, savadlı cəmiyyətlərdə insanlar belə saxta başlıqlara inanmır, həmin linklərə girmir, hətta səhvən girsələr belə, bu səhifələri bloklayır, şikayət edirlər:
“Beləliklə, həmin səhifələr zamanla sıradan çıxır. Əks halda, yəni əgər insanlar davamlı olaraq bu mənbələrə müraciət edirlərsə, problem qalır. Təəssüf ki, bizdə insanların əksəriyyəti bu cür məlumatlara aldanır, dəfələrlə aldanmalarına baxmayaraq, eyni səhifələrə baxmağa davam edirlər. Halbuki özünə hörməti olan insan bir dəfə aldanandan sonra belə mənbələrə birdəfəlik etibar etməz. Belə bir kütlənin mövcudluğu yalancı və şişirdilmiş başlıqlardan istifadə edənlər üçün münbit bazar yaradır. Onlar həm baxış sayından biznes qurur, həm də belə savadsız auditoriya üzərindən istənilən təxribatı həyata keçirə bilirlər. Saxta məlumatlarla ictimai rəy formalaşdırmaq, insanların fikirlərinə təsir göstərmək mümkündür. Məsələn, bir şəxsin şəklini paylaşıb, guya onun dediyi saxta ifadə yazırlar və milyonlarla insan buna inanır, amma heç kim həqiqəti araşdırmır. Bu üsullar siyasətçilərə, nüfuzlu şəxslərə, hətta dünya şöhrətli insanlara qarşı belə tətbiq olunur. Nəticədə, ictimai rəy manipulyasiya edilir. Bu yalnız savadsız cəmiyyətlərdə işləyir, savadlı və tənqidi düşüncə qabiliyyəti olan cəmiyyətlərdə isə keçmir”. 
Sosioloq çıxış yolunu ictimai boykot və həmrəylikdə gördüyünü deyib: 
“İnsanlar belə mənbələri izləməməli, bloklamalı, saxta məlumatlar haqqında şikayət etməlidirlər. Sosial şəbəkələrdə edilən şikayətlər nəticəsində həmin kanallar məhdudlaşdırılır və ya bağlanır. Əgər insanlar bu addımı atmasalar, vəziyyət dəyişməyəcək. Eyni zamanda, insanlar etibarlı, peşəkar mənbələrə istinad etməlidirlər. Jurnalistlərlə blogerlər arasında fərqi başa düşmək vacibdir. Hər telefonu və ya kompüteri olan adam jurnalist deyil. Bloqerlər müxtəlif fikirlər yaza bilərlər, lakin bu, onları etibarlı informasiya mənbəyi etmir. Media peşəkar institutdur, jurnalistlər isə sosial məsuliyyəti olan peşəkar kateqoriyadır. Nə qədər ki, insanlar bunu anlamayacaqlar, vəziyyət dəyişməyəcək. Savadsız kütlədən istifadə edənlər həm nüfuz qazanacaq, həm də maddi qazanc əldə edəcəklər. Beləliklə, əsas məsələ cəmiyyətin maariflənməsi, savad və dünya görüşünün artırılmasıdır. Əks halda, vəziyyət getdikcə daha da pisləşəcək”. 

“Türkistan” Media Qrupunun rəhbəri Aqil Camal Avtosfer.az-a açıqlamasında deyib ki, xüsusilə onlayn mediada başlıqlar oxucunu cəlb etmək, maraq oyatmaq və nəticədə həmin yazıya daxil olub oxumaq üçün nəzərdə tutulur.
“Əgər başlıqlar bu məqsədi daşımayıb, yalnız yazının əsas məzmununu tam əks etdirəcəksə, oxucular artıq yazının içərisinə daxil olmağa maraq göstərməz. Bununla da saytlarda oxucu trafiki – IP toplanması mümkün olmaz. Buna görə də medianın bu yanaşmasını anlamaq lazımdır. Media rəqabət şəraitində fəaliyyət göstərir, eyni zamanda biznes və özəl fəaliyyət sahəsidir. Dünyanın bütün mediasında tətbiq olunan bu cür taktiki yanaşmalar Azərbaycan mediasında da müşahidə olunur. Amma, təbii ki, burada müəyyən ölçülər gözlənilməlidir. Kiçik məsələlərin həddindən artıq şişirdilməsi və ya böyük məsələlərin olduğundan daha kiçik təqdim olunması oxucunu məyus edə və mediadan uzaqlaşdıraraq onun nüfuzuna zərər verə bilər”. 
Aqil Camal deyib ki, oxucular da bu məsələdə seçim imkanına malikdirlər:
“Onlar istədikləri informasiya mənbələrini izləyə, müqayisə edə və etibar etdikləri media qurumlarını seçə bilərlər. Əgər saytlar ardıcıl şəkildə yazının mahiyyəti ilə əlaqəsi zəif olan, həddən artıq şişirdilmiş başlıqlardan istifadə edərlərsə, nəticədə etibarsızlıq yaranar. Bu isə son olaraq həmin saytların oxucularını və izləyicilərini itirməsinə gətirib çıxarar. Beləliklə, həm media qurumları məsuliyyətli olmalı, həm də oxucular düzgün seçim etməyi bacarmalıdırlar”.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanıb.


Müəllif: Fidan Məmmədova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 25 Avqust 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni dərman zavodu açıldı

24 Noyabr 2025 09:43see307

Fahişəliklə məşğul olanlar 500 manat cərimə ediləcək KONKRET

24 Noyabr 2025 10:37see250

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see239

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see193

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see179

Slot: “Məsuliyyət məndədir”

24 Noyabr 2025 09:14see158

Əhməd Rəcəblidə partlayış oldu

24 Noyabr 2025 09:35see158

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see145

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see145

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see144

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see141

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see141

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see140

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see138

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see136

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see134

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see131

“Bu axşam bunu etmək mümkün olmayacaq” Vitaliy Borisovun ə AÇIQLAMASI

24 Noyabr 2025 15:26see130

Hikmət Hacıyev: Çoxşaxəli əməkdaşlıq aparır KONKRET

24 Noyabr 2025 13:41see130

Azərbaycanda Peşəkar Mühasib Sertifikatı əldə edənlərin sayı 6,2 mini keçib

24 Noyabr 2025 15:52see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri