Icma.az
close
up
RU
“Neftiniz vardı, zamanınız vardı bəs niyə düşünən insan yetişdirmədiniz?” Gələcək nəsil bizə...

“Neftiniz vardı, zamanınız vardı bəs niyə düşünən insan yetişdirmədiniz?” Gələcək nəsil bizə...

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Neft və qaz ehtiyatları tükənəndən sonra ölkənin əsas sərvəti yalnız insan kapitalı olacaq...”

“Problemin daha dərin və təhlükəli tərəfi  budur ki, tənqidi təfəkkür təkcə məktəbdə deyil, heç  cəmiyyətdə də sevilmir...”

“Bəli,  sual verən insanı idarə etmək asan deyil, amma biz gənclərimizi qlobal rəqabətə hazırlayırıqsa, bu keyfiyyətlər zəruridir...”

Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti, ADPU-nun dosenti İlham Əhmədov  “Postneft  dövründə təhsilin strateji böhranı” başlıqlı növbəti analitik yazısını təqdim edir: 

“Postneft  dövründə təhsilin strateji böhranı...

Süni intellekt və sualın dəyəri…

Təhsilin ən mühüm vəzifələrindən biri uşaqlara cavab verməyi öyrətmək yox, sual verməyi öyrətməkdir. Çünki sual – düşüncənin başlanğıcıdır. Sual olmayan yerdə düşüncə yoxdur, düşüncə olmayan yerdə isə yaradıcılıq,  innovasiya, inkişaf  ola bilməz.   Süni intellektin sürətlə həyatın bütün sahələrinə nüfuz etdiyi bir dövrdə  insanı maşından fərqləndirən əsas xüsusiyyət, onun  sual vermək bacarığıdır. Süni intellekt cavabları sürətlə tapır, məlumatları emal edir, nümunələri tanıyır. Lakin sual vermir. Sual vermək – kontekst qurmaq, mənanı şübhə altına almaq, alternativləri düşünmək deməkdir. Məhz bu bacarıq tənqidi təfəkkürün əsasını təşkil edir. Tənqidi təfəkkür isə innovasiyaların  mənbəyidir.  

Bu səbəbdən, süni intellekt dövründə rəqabət üstünlüyü  müasir  texnologiya  əldə etməkdə  deyil. Əsas  məsələ  tənqidi düşünən, sual verən, yaradıcı insan kapitalıdır. Rəqəmsal iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi texniki avadanlıq və proqram təminatı yox, müstəqil düşünən insanlardır…

Test mərkəzli təhsilin paradoksu…

Təəssüf ki, bizim təhsil sistemimiz bu reallığa  uyğun deyil.  Biz uşaqlara sual verməyi yox, test cavablarını əzbərləməyi öyrədirik. Test mərkəzli təhsil düşünməyi deyil, uyğunlaşmağı tələb edir. Bu sistemdə əsas bacarıq “düzgün variantı tapmaq”dır, “düzgün sual vermək” yox.   Belə bir yanaşma rəqəmsal  insan kapitalı yarada bilməz.  Bu yanaşma  ən yaxşı halda funksional icraçılar, daha dəqiq desək, biorobotlar formalaşdırır. Bu biorobotlar süni intellektlə rəqabət apara bilməz. Amma unutmayaq ki, süni intellekt məhz mexaniki və standart əməliyyatlarda insandan üstündür…

Tənqidi təfəkkürdən qorxan təhsil  sistemi…

Problemin daha dərin və təhlükəli tərəfi  budur ki, tənqidi təfəkkür təkcə məktəbdə deyil, heç  cəmiyyətdə də sevilmir.  21- əsrin əsas səriştələrindən olan  tənqidi təfəkkür məktəb və universitet  kurikulumlarında, peşə standartlarında vacib tələb kimi verilsə də, reallıqda təhsil sistemi bu keyfiyyəti  şagirdlərə və tələbələrə aşılamır…   

Təəssüf ki, təhsil siyasətini formalaşdıran qurum  – Elm və Təhsil Nazirliyi – sualı və tənqidi yanaşmanı risk kimi qəbul edir. Halbuki inkişaf üçün bunlar zəruridir. 

Bəli,  sual verən insanı idarə etmək asan deyil, amma biz gənclərimizi qlobal rəqabətə hazırlayırıqsa, bu keyfiyyətlər zəruridir.  Düşünən və sorğulayan cəmiyyət  formal hesabatlarla, kosmetik islahatlarla idarə oluna bilməz. Bu səbəbdən  təhsil  sistemi  sual verən şagirdi yox, itaətkar şagirdi, test subyektini daha  üstün tutur.  Amma belə yetişən gənclər qlobal rəqabətə hazır olmayacaqlar… 

Post-neft dövrü və strateji məsuliyyət…

Azərbaycanın qarşısında çox ciddi bir tarixi çağırış dayanır. Ölkə prezidentinin də qeyd etdiyi kimi: “neftimiz, qazımız tükənəndən  sonra,  çox ağır vəziyyətə düşə bilərik. “   Prezidentin narahat  olduğu, cəmiyyəti bu haqda  xəbərdar  etdiyi  bu  ehtimallı durum  hökuməti,  cəmiyyəti,   təhsil sistemini səfərbər etməyə yönələn bir çağırışdır.  

Neft və qaz ehtiyatları tükənəndən sonra ölkənin əsas sərvəti yalnız insan kapitalı olacaq. Əgər bu kapital keyfiyyətsizdirsə, qlobal məkanda rəqabətədavamlı deyilsə,  onda  texnologiya idxalı, rəqəmsal platformalar və süni intellekt layihələri heç nəyi xilas etməyəcək… 

Biz “Elektron Azərbaycan”, “Azərbaycanda  İnformasiya cəmiyyətinin inkişafı”, “Azərbaycan 2020  konsepsiyası”,  “Təhsil sisteminin informasiyalaşdırılması”  s. v.  kimi dövlət  proqramlarında, “İKT üzrə strateji yol xəritəsi” layihəsində  əsas diqqəti  və maliyyəni  insan kapitalının  inkişafına, elektron resursların yaradılmasına yox, əsasən  avadanlıqların alınmasına sərf etdik. Amma bu yanaşma  insan kapitalının,  iqtisadiyyatın, İKT   sektorunun inkişafına və  qlobal reytinqlərdə mövqeyimizin yüksəlməsinə  kömək etmədi…   

Ən təhlükəli ssenari odur ki, biz  postneft dövrünü  000 hazırlıqsız qarşılayırıq. Son 20 il ərzində keyfiyyətli insan kapitalı yarada bilməyən, təhsili test və formal göstəricilər üzərində quran təhsil  sistemi, post-neft dövründə ölkəni sosial və iqtisadi baxımdan ağır vəziyyətə sala bilər…

Hələ gec deyil,  amma vaxt azdır…

Hazırda az da olsa neft və qaz gəlirləri mövcuddur. Bu resursları təhsilin məzmununun dəyişdirilməsinə, tənqidi təfəkkürün, sualvermə mədəniyyətinin, yaradıcı və intellektual müstəqilliyin inkişafına yönəltməsək, rəqəmsal iqtisadiyyat üçün insan kapitalı yetişdirə bilməyəcəyik.  Bu, bəlkə də son fürsətdir, sonra gec olacaq.  Əks halda, gələcək nəsillər onlara sual verməyi öyrətməsək də,  təbii olaraq  bizə ağır bir sual verəcəklər:  “Neftiniz vardı, zamanınız vardı – bəs niyə düşünən insan yetişdirmədiniz?”  Bu sualın cavabını vermək isə bu günkü və dünənki  təhsil menecerlərinin, təhsil sisteminin, cəmiyyətin  üzərinə düşəcək...

Dosent İlham Əhmədov”

Qeyd: 

Kollaj maarifçi.az nəşrinə məxsusdur.

Təqdim etdi: 

Sultan Laçın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:47
embedMənbə:https://moderator.az
archiveBu xəbər 19 Yanvar 2026 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see196

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri