Neftlə bağlı kritik durum: bu halda qiymətlər kəskin qalxacaq
Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.
İranda davam edən etiraz aksiyaları və bölgədə hərbi müdaxilə ehtimalı qlobal bazarlarda gərginliyi artırıb. Geosiyasi risklərin yüksəlməsi fonunda investorların diqqəti yenidən neft və qızıl kimi təhlükəsiz aktivlərə yönəlib. Hətta iddia edilir ki, fevralın sonuna qədər neftin qiyməti 55 dollar civarına qədər enə bilər.
İranda vəziyyət kəskinləşərsə, neft qiymətləri necə olacaq? Ümumiyyətlə, proseslər qlobal bazara hansı formada təsir edəcək?
Globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, qlobal bazarlarda gərginliyin davam etmə ehtimalı yüksəkdir:
“Bu, əsasən geosiyasi amillərlə bağlıdır. Hazırda ABŞ-ın İrana mümkün reaksiyası müzakirə olunur. Lakin bu cür proseslər neftin qiymətinin azalmasına deyil, əksinə, artmasına səbəb ola bilər. Çünki İran neft istehsalçısıdır və gərginlik yalnız bu ölkə ilə məhdudlaşmaya, bütövlükdə Fars körfəzi regionuna yayıla bilər. Belə bir vəziyyətdə neft daşımalarında problemlərin yaranması, nəticədə qiymətlərin kəskin yüksəlməsi mümkündür”.
Elçin Rəşidov
İqtisadçı bildirib ki, qiymət dinamikası eskalasiyanın baş verib-verməməsindən və ona hansı formada reaksiya veriləcəyindən asılıdır:
“Qeyd etdiyim kimi, mövcud şəraitdə neftin ucuzlaşmasından deyil, bahalaşmasından danışmaq daha realdır. Hətta bu istiqamətdə formalaşan gözləntilər belə neft qiymətlərinə indidən təsir göstərə bilər”.
Ləman İmran
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 12 Yanvar 2026 14:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















