Icma.az
close
up
RU
“NƏHƏNGLƏRİN SAVAŞI İNDİ BAŞLAYIR...” “Nəticələri bütün bəşəriyyətin gələcəyini müəyyən edəcək”

“NƏHƏNGLƏRİN SAVAŞI İNDİ BAŞLAYIR...” “Nəticələri bütün bəşəriyyətin gələcəyini müəyyən edəcək”

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Siyasi təhlilçi, ABŞ-da yaşayan azərbaycanlı ekspert, Xəzər Universitetinin professoru Ramiz Yunus dünyada gedən geosiyasi prosesləri şərh edərək bildirib ki, Qərbdə uzun illər dominant mövqedə olmuş sol-liberal ideologiyanın çökməsi qlobal miqyasda dərin böhranı üzə çıxarıb.

Onun sözlərinə görə, BMT başda olmaqla beynəlxalq institutların səmərəsizliyi açıq görünür və Rusiyanın Ukraynaya qarşı başladığı genişmiqyaslı müharibə bu böhranın kulminasiya nöqtəsinə çevrilib.

“Çin ABŞ və Qərbə mesaj göndərdi”

Ramiz Yunus qeyd edib ki, Şanxay Əməkdaşlıq Təşkilatının sammiti və Pekində keçirilən hərbi parad Çin rəhbərliyi tərəfindən ABŞ və onun Avropa İttifaqı və NATO-dakı müttəfiqlərinə verilən açıq mesaj idi.

Ekspertin sözlərinə görə, bu nümayiş göstərdi ki, 1991-ci ildə SSRİ dağıldıqdan sonra formalaşmış “vahidqütblü dünya” artıq başa çatıb.

“Dünya yeni mərhələyə qədəm qoyur”

Yunus vurğulayıb ki, hazırda dünya I və II Dünya müharibələrindən sonrakı mərhələlərlə müqayisə edilə biləcək tarixi dəyişikliklərin astanasındadır.

“Əgər o dövrlərdə kimlərin qalib, kimlərin məğlub olduğu aydın idisə, bu gün geosiyasi xaos şəraitində ‘günahkarı’ tapmaq uğrunda mübarizə gedir. Bu isə gələcəkdə həmin dövlətlər və onların müttəfiqləri üçün ciddi nəticələr doğura bilər. Birinci Dünya müharibəsində Almaniyanın başçılıq etdiyi Üçlər İttifaqı və ya İkinci Dünya müharibəsində nasist Almaniyası və onun müttəfiqləri kimi”, – deyə R. Yunus bildirib.

Onun sözlərinə görə, məhz buna görə də Pekindəki parada çoxsaylı qonaqlar qatıldı – Hindistan, qlobal Cənubun əsas liderləri, postsovet məkanının demək olar ki, bütün dövlət başçıları, həmçinin Cənubi Koreya və Tayvandan nümayəndələr iştirak etdilər.

“ABŞ və Qərb 3,5 ildir böhran içindədir”

Professor deyib ki, Çin rəhbəri Si Cinpin uzun illərdir bu güc nümayişinə hazırlaşırdı və təsadüfi deyil ki, bunu məhz indi nümayiş etdirdi: “Artıq 3,5 ildir ABŞ, Avropa İttifaqı və NATO dərin böhran içindədir. Onlar Kremlin imperiya iddialarının qarşısını almaqda acizliklərini və hazırlıqsız olduqlarını göstərirlər”.

“Azərbaycan öz gücünü nümayiş etdirdi”

Ramiz Yunus vurğulayıb ki, bu geosiyasi xaos hələ uzun müddət davam edəcək. Belə şəraitdə düzgün mövqe seçmək, balanslı siyasət yürütmək və coğrafi üstünlüklərdən səmərəli istifadə etmək son dərəcə vacibdir.

“Məhz bunu mənim doğma Azərbaycanım uğurla nümayiş etdirir. Son illərdə ölkəmiz təkcə suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmədi, həm də Cənubi Qafqazda lider və lokomotiv dövlətə çevrildi”, – deyə professor bildirib.

“Nəhənglərin savaşı indi başlayır”

Ekspertin fikrincə, ABŞ və Çin arasında Avrasiya uğrunda başlayan “nəhənglərin savaşı” indi yeni mərhələyə qədəm qoyur və nəticələri bütün bəşəriyyətin gələcəyini müəyyən edəcək.

“Amerikalı strateq Zbiqnev Bjezinskinin məşhur “Böyük şahmat taxtası” kitabında dediyi kimi, ‘Avrasiyaya nəzarət – dünyaya nəzarət deməkdir’”, – deyə Ramiz Yunus xatırladıb.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 06 Sentyabr 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see240

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see199

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see177

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see177

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see168

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see160

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri