Icma.az
close
up
RU
Neokolonializm müzakirəsi: siyasi mesaj, yoxsa real təsir? ŞƏRH

Neokolonializm müzakirəsi: siyasi mesaj, yoxsa real təsir? ŞƏRH

Icma.az, Sia Az saytına istinadən bildirir.

“Neokolonializm və qlobal bərabərsizlik” mövzusunda Bakı Təşəbbüs Qrupunun təşkil etdiyi beynəlxalq konfransın siyasi və geosiyasi əhəmiyyətini bir neçə müstəvidə qiymətləndirmək olar".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

Onun sözlərinə görə, bu cür platformalar Azərbaycanın beynəlxalq diskursda öz mövqeyini daha fəal şəkildə təqdim etməsi baxımından önəmlidir: "Xüsusilə post-müstəmləkə məkanında, o cümlədən Fransanın keçmiş və mövcud təsir dairəsində olan regionlarda – məsələn, Fransanın uzun illər siyasi, iqtisadi və hərbi baxımdan dominant rol oynadığı Afrika və okean regionlarında – dekolonizasiya məsələsi hələ də tam başa çatmış proses hesab edilmir. Bu mənada Bakı platforması mövzunu yenidən beynəlxalq gündəmə çıxarmağa xidmət edir. Geosiyasi baxımdan konfrans iki əsas istiqamətdə əhəmiyyətlidir. Birincisi, qlobal Cənub ölkələrinin səsini eşitdirmək və onların inkişaf, suverenlik, iqtisadi ədalət tələblərini beynəlxalq ictimaiyyətə çatdırmaq cəhdidir. Bu, beynəlxalq münasibətlər sistemində uzun müddət Qərb mərkəzli yanaşmaların dominant olduğu şəraitdə alternativ diskurs formalaşdırmaq təşəbbüsü kimi qiymətləndirilə bilər. İkincisi isə, bu tip tədbirlər normativ müstəvidə beynəlxalq hüququn – xalqların öz müqəddəratını təyinetmə hüququnun – aktuallaşdırılmasına xidmət edir.

Fransanın keçmiş və bəzi hallarda davam edən təsir mexanizmləri, xüsusilə Afrikada hərbi bazalar, iqtisadi asılılıq modelləri və siyasi patronaj sistemi kontekstində tez-tez tənqid olunur. Bu baxımdan konfransın Fransaya yönəlik siyasi mesaj daşıdığı açıq görünür. Lakin məsələ yalnız konkret bir dövlətlə məhdudlaşmır; burada daha geniş – neokolonial münasibətlər sisteminə qarşı normativ mövqe nümayiş etdirilir. Belə platformaların real təsiri məsələsi daha mürəkkəbdir. Qısa müddətdə bu cür konfransların konkret siyasi qərarlara və ya dekolonizasiya proseslərinə birbaşa təsir göstərməsi çətindir. Çünki beynəlxalq sistemdə güc balansı, iqtisadi asılılıqlar və təhlükəsizlik mexanizmləri hələ də böyük dövlətlərin xeyrinə işləyir. Lakin orta və uzunmüddətli perspektivdə normativ-siyasi diskursun formalaşdırılması, ictimai rəyin istiqamətləndirilməsi və beynəlxalq təşkilatlarda müzakirələrin intensivləşdirilməsi baxımından bu tip təşəbbüslər əhəmiyyətli rol oynaya bilər.

Tarix göstərir ki, dekolonizasiya prosesləri təkcə silahlı və ya siyasi mübarizə ilə deyil, həm də ideoloji və informasiya müstəvisində aparılan müzakirələrlə sürətlənir. Bu baxımdan Bakı Təşəbbüs Qrupunun platforması daha çox normativ-siyasi mesaj xarakteri daşısa da, eyni zamanda gələcəkdə beynəlxalq hüquqi və siyasi müzakirələr üçün zəmin formalaşdıran bir mexanizm kimi qiymətləndirilə bilər. Bu konfransı nə yalnız simvolik addım, nə də dərhal real geosiyasi dönüş yaradan faktor kimi qiymətləndirmək doğrudur. O, daha çox ideoloji müstəvidə təsir göstərən, beynəlxalq ictimai rəyə istiqamət verməyə çalışan və qlobal bərabərsizlik məsələsini siyasi gündəmdə saxlamağa xidmət edən bir təşəbbüsdür".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://sia.az
archiveBu xəbər 24 Fevral 2026 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see359

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see320

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see320

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see304

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see290

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see287

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see270

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see261

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see253

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see250

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see240

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see230

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see223

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see214

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see200

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see194

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see194

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see193

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri