Icma.az
close
up
RU
“NEQSOL Holding” PARLA proqramına görə “2025 Stevie® Awards” qızıl və gümüş mükafatlarına layiq görülüb

“NEQSOL Holding” PARLA proqramına görə “2025 Stevie® Awards” qızıl və gümüş mükafatlarına layiq görülüb

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

“NEQSOL Holding” Təhsilin İnkişafı Fondu ilə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi, PARLA Tələbə Qızlar üçün Təqaüd və İnkişaf Proqramına görə iki kateqoriya üzrə nüfuzlu beynəlxalq “2025 Stevie® Awards for Great Employers” mükafatına layiq görülüb.

Ümumilikdə, “NEQSOL Holding” “Genişləndirilmiş korporativ təhsil proqramlarında nailiyyət” kateqoriyasında qızıl, “Müxtəliflik və inklüzivlik sahəsində nailiyyət” kateqoriyasında isə gümüş mükafat qazanıb.

Dünyada biznes sahəsində ən nüfuzlu mükafatlardan biri kimi tanınan “Stevie® Awards”, innovativ və məqsədyönlü təşəbbüslər vasitəsilə əhəmiyyətli töhfə verən təşkilatların nailiyyətlərini qiymətləndirir.

PARLA proqramının ikiqat qələbəsi “NEQSOL Holding”i imkanların genişləndirilməsi, inklüzivlik və dayanıqlı inkişaf prinsiplərinə sadiq aparıcı beynəlxalq şirkətlər sırasına daxil edir.

“NEQSOL Holding”in Sədri Yusif Cabbarov bildirib ki, “PARLA proqramının ikiqat tanınması həm şərəf, həm də ilham mənbəyidir: “Bu nailiyyət təhsilin və inklüzivliyin dəyişdirici gücünə olan dərin inamımızı əks etdirir. PARLA sadəcə bir proqram deyil – bu özünə inamlı, peşəkar liderlərin yeni nəslini formalaşdırmaq və gənc xanımların tam potensiallarını gerçəkləşdirmələrinə şərait yaratmaq öhdəliyidir”.

“NEQSOL Holding”in Təhsilin İnkişafı Fondu ilə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi PARLA proqramı tələbə qızlara təqaüd, karyera inkişafı, liderlik təlimləri və mentorluq proqramları vasitəsilə dəstək göstərir.

Proqram gənc xanımlara icmalarında və peşəkar sahələrində inkişafın aparıcı qüvvəsinə çevrilmələri üçün zəruri bilik, bacarıq və özünə inam qazandıraraq, onların potensialını tam reallaşdırmalarına şərait yaradır.

“Stevie® Awards” mükafatında iştirak üçün təqdim olunan müraciətlər dünyanın müxtəlif ölkələrindən olan nüfuzlu rəhbərlər, sahibkarlar, yenilikçilər və biznes təlimçilərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilir.

Bu il münsiflər heyəti PARLA proqramını ölçülə bilən təsiri, inklüziv yanaşması və uzunmüddətli baxışı üçün yüksək qiymətləndirib: “Görkəmli nailiyyət, heç bir şərhə ehtiyac yoxdur! Bu proqram bütün dünyada tanınmağa layiqdir. Bu təşəbbüslər yalnız inklüzivliyi gücləndirmir, həm də qadınlara öz məqsədlərinə çatmaq üçün geniş imkanlar yaradır. Güclü müraciət, nəzərəçarpan nailiyyətlər... Əla iş!”

“NEQSOL Holding”in İnsan Kapitalı üzrə Baş Direktoru Meriç Tunç vurğulayıb ki, bu mükafatlar insanlara, təhsilə və liderliyə sadiqliyimiz şirkət daxilində real nəticələr verməklə yanaşı, həm də beynəlxalq səviyyədə yüksək qiymətləndirilir: “Tərəfdaşlarımıza və beynəlxalq münsiflər heyətinə missiyamıza göstərdikləri inam və dəstəyə görə səmimi təşəkkürümüzü bildiririk”.

“NEQSOL Holding” qlobal miqyasda mövqelərini gücləndirməyə davam etdikcə, PARLA kimi proqramları onun sosial məsuliyyətə, imkanların genişləndirilməsinə, innovasiyalara və inklüziv inkişafa sadiqliyini nümayiş etdirir.

“NEQSOL Holding” 11 ölkədə telekommunikasiya, enerji, tikinti, mədənçıxarma və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 01 Avqust 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see224

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see210

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see188

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see167

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see161

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see159

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see152

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see151

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see150

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see144

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see139

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see139

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see136

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see135

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri