Gürcü politoloq Badri Naçkebia: İlham Əliyev Davosda regionun maraqlarını təmsil etdi
Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
Bölgəmizdə İlham Əliyev kimi nüfuzlu liderin olması olduqca önəmlidir.
Belə ki, Azərbaycan Prezidenti Davosda yalnız öz ölkəsinin maraqlarını deyil, bütövlükdə regionun maraqlarını təmsil edib.
Gürcü ekspertlər bu qənaətdədirlər.
Politoloq Badri Naçkebia Baku TV-yə açıqlamasında bildirib ki, İlham Əliyevin Davosda Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirakı və çıxışı onun böyük nüfuzunun göstəricisidir:
"Azərbaycan bizim strateji tərəfdaşımızdır. İlham Əliyev isə Gürcüstanın böyük dostudur. Bu dostluq dahi şəxsiyyət Heydər Əliyevdən gəlir. Bölgəmizdə bu cür nüfuzlu liderin olması olduqca önəmlidir. Belə ki, İlham Əliyev Davosda yalnız Azərbaycanın maraqlarını deyil, mən deyərdim ki, bütövlükdə regionun maraqlarını təmsil edib. Ümid edirik ki, İlham Əliyevin uğurlu fəaliyyəti gələcəkdə də Azərbaycanla yanaşı, bütövlükdə bölgəmizin inkişafına böyük töhfələr verməyə davam edəcək".
Gürcüstan Strateji Planlaşdırmalar Mərkəzinin rəhbəri, politoloq Levan Mamaladze Prezident İlham Əliyevin uğurlu xarici siyasətinə diqqət çəkib. O qeyd edib ki, bu, digər ölkələr üçün nümunə olmalıdır:
"İlham Əliyev və Donald Trampın imzaladığı razılaşmalar, eyni zamanda Avropa ölkələri və Çinlə qurulan əlaqələr Cənubi Qafqazın digər ölkələri üçün nümunə olmalıdır. Davosda İlham Əliyevin çıxışı zamanı qeyd etdiyi məqamlar bölgəmizin inkişafı üçün olduqca önəmlidir. Bununla Cənubi Qafqazın beynəlxalq yükdaşımalarda rolu daha da böyüyəcək. Zəngəzur dəhlizinin fəaliyyətə başlaması da bölgəmizin bu baxımdan cəlbediciliyini daha da artıracaq".
Gürcü ekspertlər həmçinin İlham Əliyevin Davosdakı çıxışını yüksək qiymətləndirdiklərini, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və iqtisadi əlaqələrin bərpasının bütövlükdə region üçün müsbət əhəmiyyətini qeyd ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 23 Yanvar 2026 22:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















