Icma.az
close
up
RU
Netanyahu antiterror əməliyyatı əmri verdi Təl Əvivdəki partlayışlara görə

Netanyahu antiterror əməliyyatı əmri verdi Təl Əvivdəki partlayışlara görə

Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Təl-Əviv ətrafında yerləşən Bat Yam şəhərində avtobuslarda bir neçə partlayış və yanğın baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrail polisinin mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidmətinin məlumatına görə, insidentlərdə heç kim xəsarət almayıb.
“Bat Yam şəhərində avtobuslarda bir neçə partlayış baş verməsi barədə məlumat daxil olub. Polis şübhəli şəxsləri və şübhəli əşyaları axtarır. Ölən və yaralananlar barədə məlumat yoxdur”, - deyə polisin mətbuat xidmətindən bildirilib.
“Ynet” portalının məlumatına görə, partlayışlarda terror aktı ehtimalı istisna edilmir.
İsraildə bütün avtobusların sürücülərinə hərəkəti dayandırmaq və avtobuslarda şübhəli əşyaların olub olmadığını yoxlamaq əmri verilib. Bundan əlavə, Bat Yamda tramvay xidməti tamamilə dayandırılıb.
Digər tərəfdən, oxşar partlayışlar Holon şəhərində də baş verib. Ümumilikdə avtobuslara 5 bomba yerləşdirilib. Bu barədə İsrail polisinin sözçüsü Arie Doron N12 telekanalına məlumat verib. Onun sözlərinə görə, beş bombadan üçü partladılıb. Daha ikisi polis tərəfindən aşkar edilərək zərərsizləşdirilib. Qurğulardan birində ibrani və ərəbcə mətnlə “Tülkərmin qisası” yazılmış qeyd əlavə edilib.
Digər tərəfdən, İsrailin Baş naziri Benyamin Netanyahu Təl-Əvivin ətrafında avtobuslarda baş verən partlayışlarla əlaqədar müdafiə naziri İsrael Kats, Baş Qərargah rəisi Herzi Halevi, Baş Təhlükəsizlik Xidmətinin rəhbəri və baş polis müfəttişinin iştirakı ilə təcili iclas keçirib.
Bu barədə İsrailin Nazirlər Kabinetinin rəhbərinin ofisi məlumat yayıb.
“Hökumət başçısı İsrail ordusuna Yəhudeya və Samariyada terror ocaqlarına qarşı genişmiqyaslı əməliyyat keçirməyi tapşırıb, həmçinin İsrail polisi və Şin Betə (İsrail Baş Təhlükəsizlik Xidmətidir – red.) gələcək hücumların qarşısını almaq üçün İsrail şəhərlərində qabaqlayıcı tədbirləri gücləndirməyi tapşırıb”, - Netanyahunun ofisi bildirib.
Həmçinin, HƏMAS İsraildə avtobus partlayışları ilə bağlı bəyanat yayaraq, bu partlayışlara görə məsuliyyəti öz üzərinə götürüb. Təşkilat bəyanatında bu hücumları “intiqam” adlandırıb.
“İşğalçı torpağımızda olduğu müddətdə şəhidlərin qisası qaçılmazdır. Bu, qələbə uğrunda mübarizədir”, - bəyanatda bildirilir.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 21 Fevral 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see320

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see270

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see227

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see223

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see220

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see218

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see217

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see217

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see214

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see213

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see210

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see201

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see198

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see192

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see191

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see181

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see178

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see178

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see177

Yeni yaranan planet aşkarlandı

23 Sentyabr 2026 22:47see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri