Icma.az
close
up
RU
Netanyahu Bakıya gəlirmiş Son anda bu hadisə baş verib!

Netanyahu Bakıya gəlirmiş Son anda bu hadisə baş verib!

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfərinin təxirə salınması ətrafında müzakirələr davam edir. Səfərin baş tutmamasına bir neçə mühüm faktor səbəb göstərilir. Bildirilir ki, İsrail hava qüvvələri ilə Türkiyəyə məxsus F-16 qırıcılarının qarşılıqlı şəkildə “xəbərdarlıq mesajı” göndərməsi iki ölkə arasında gərginliyin artmasına səbəb olub. Bununla yanaşı, Suriyada davam edən silahlı toqquşmalar və İsrailin bu ölkədəki hərbi müdaxilələri də Netanyahunun səfərini riskli və qeyri-məqbul vəziyyətə gətirib.

Moskvada keçiriləcək 9 May paradı və İranın bölgədəki təsiri də səfərin təxirə salınmasına təsir edən digər amillərdən hesab edilir.

Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, İsrail hökuməti səfərin təxirə salınmasını Qəzza və Suriyada baş verən son hadisələrlə əlaqələndirib:

“Bu səbəbi kifayət qədər ciddi arqument saymayan siyasətçilər də var. Onlar səfərin təxirə salınmasının əsas səbəbini Türkiyənin baş nazirin təyyarəsinə öz ərazisindən keçmək üçün icazə verməməsində görürlər.

Hər iki səbəb baş nazirin səfərinin təxirə salınması üçün əsas götürə bilər. Suriya və Qəzzada İsrail tərəfindən ciddi əməliyyatlar aparılır. İsrail Müdafiə Nazirliyi 60 min yeni əsgərin ehtiyatdan orduya çağırılması haqqında qərar qəbul edib ki, bu da əməliyyatların genişləndirilməsi anlamına gəlir. Əməliyyatların genişləndirilməsi Netanyahu hökumətinə qarşı narazılığın artması ilə nəticələnə bilər. Belə bir zamanda Netanyahunun 5 günlük xarici səfərə çıxması əhali tərəfindən mənfi qarşılanardı. Məhz buna görə də Netanyahunun səfəri təxirə salınması məqsədəuyğun görünür”.

Əlimusa İbrahimov

Politoloq qeyd edib ki, Türkiyənin İsrail təyyarəsinə öz ərazisindən keçməyə icazə verməməməsi də səfərin təxirə salınması üçün əsas kimi nəzərdən keçirilə bilər:

“Çünki Netanyahu Azərbaycana gəlmək üçün 3  istiqamətdən – İran, Türkiyə, Qara dəniz – birindən istifadə etməli idi. Məlum olduğu kimi, Netanyahunun təyyarəsi İran səması ilə uça bilməzdi, Qara dəniz üzərində Rusiya ilə Ukrayna müharibəsi səbəbindən keçmək olduqca təhlükəlidir. Qalır Türkiyə üzərindən gəlmək. Ona da Türkiyə hökuməti icazə vermədi. Beləliklə Netanyahu Azərbaycana gəlmək üçün uyğun və təhlükəsiz hava məkanı tapmadığına görə səfəri təxirə saldı, deyə bilərik. Bu zaman isə başqa sual yaranır: İsrail hökuməti səfəri hazırlayarkən Türkiyənin mümkün reaksiyasını nəzərə almamışdımı?

Əlbəttə ki, almışdı və Türkiyənin icazə verəcəyinə əmin idi. Amma İsrail ordusunun Suriyadakı son əməliyyatları Türkiyənin hava məkanını bağlamasına səbəb oldu”.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 May 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see285

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see279

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see258

AFFA nın Lisenziya Komissiyasının iclasında Goranboy OİK in sənədlərinə baxıldı

19 Avqust 2026 20:06see246

ABŞ nin dövlət borcu rekord həddə çatıb

20 Avqust 2026 03:24see240

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see227

92 yaşlı Hollivud əfsanəsi illər sonra kameralar qarşısına keçdi

20 Avqust 2026 02:24see222

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see202

Əhmədbəyli Füzuli Şuşa avtomobil yolu İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilib

19 Avqust 2026 20:43see192

Təmayül istəməyən şagirdin taleyi necə olacaq? Valideyn narazılığı VİDEO

19 Avqust 2026 22:28see182

Bu ölkədə üz gizlətmək qadağan edildi cəriməsi 3000 avrodur...

20 Avqust 2026 00:39see173

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see171

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see170

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see164

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see164

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see163

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see163

Xətai rayonunda baş verən yanğın söndürülüb

20 Avqust 2026 01:21see163

Yair Rodriges “Noche UFC”nin əsas döyüşündən çıxarıldı

20 Avqust 2026 01:29see161

OpenAI 2027 ci ildə birjaya çıxmağı planlaşdırır

20 Avqust 2026 03:04see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri