Netanyahu Fələstin dövlətinin yaradılmasına yol verməyəcəklərini bəyan edib
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İsrail Baş naziri Binyamin Netanyahu Fələstin dövlətinin yaradılmasına yol verməyəcəklərini bəyan edib.
APA-nın xəbərinə görə, Binyamin Netanyahu bunu Almaniya kansleri Fridrix Merzlə Qüdsdə birgə mətbuat konfransında bəyan edib.
İsrail Baş naziri deyib ki, Fələstin dövlətinin yaradılması ilə bağlı məsələdə Fridrix Merzlə fikir ayrılıqları var: "Aydındır ki, fərqli bir baxışımız var, çünki Fələstin dövlətinin məqsədi yeganə yəhudi dövlətini məhv etməkdir. Qəzzada artıq de-fakto bir dövlət mövcud olub və həmin ərazi İsrailə qarşı hücumlar üçün istifadə edilib. İsrail ərəb dövlətləri ilə daha geniş sülhə nail olmağın mümkün olduğuna inanır, həmçinin fələstinlilərlə real və uzunmüddətli sülhün də yolları mövcuddur. Lakin İsrail öz qapısında özünü məhv etməyə çalışan bir dövlətin yaranmasına icazə verməyəcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 07 Dekabr 2025 17:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















