Netanyahu ilə Kuşnerin 4 saatlıq görüşü: Qəzza ilə bağlı razılığa gəldilər HƏMAS tərksilah ediləcək
Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ölkə.az xəbər verir ki, razılaşma Qəzzada nizamlanma üzrə Sülh Şurasının planının icrasına həsr olunmuş dörd saatlıq görüş zamanı əldə edilib.
Razılaşmaya əsasən, HƏMAS Qəzzanın bütün ərazisində tərksilah edilməli, bundan sonra İsrail qoşunları bölgədən tamamilə çıxarılmalıdır. İsrail tərəfi HƏMAS üzvlərinin silahlarını Beynəlxalq Sabitlik Qüvvələrinin komandanı general Casper Ceffersə təhvil verməsini və prosesin ABŞ-nin nəzarəti altında aparılmasını tələb edib.
İsrail həmçinin "sarı xətt" boyunca mövqelərinin müəyyən müddət saxlanılmasını və hərbçilərinə qarşı mümkün təhlükələrin qarşısının alınmasını istəyir. Qəzzanın bərpasına isə HƏMAS-ın tərksilahından sonra başlanması nəzərdə tutulur.
Görüşdə bölgədə sanitar fəlakətin və epidemiyaların qarşısının alınması, eləcə də yeraltı və sahil sularının çirklənməsinə yol verilməməsi məsələləri də müzakirə olunub.
İsrail tərəfi görüşü müsbət qiymətləndirib. ABŞ isə əldə olunan razılaşmaların həyata keçirilməsində qətiyyətli olduğunu bildirib. Eyni zamanda, İsrail Fələstin dövlətinin yaradılmasına şərait yarada biləcək addımları qəbul etməyəcəyini vurğulayıb.(publika)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 18 Avqust 2026 07:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















