Netanyahu: İsrail Mertsin kanslerliyi dövründə Almaniya ilə tərəfdaşlığı möhkəmləndirməyə ümid edir
Apa.az saytına istinadən Icma.az xəbər verir.
İsrail Almaniyanın yeni kansleri Fridrix Mertsin dövründə Berlinlə münasibətlərin daha da inkişaf edəcəyinə ümid edir.
APA xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu İsrailə səfər edən Almaniyanın yeni xarici işlər naziri Yoxann Vadeful ilə görüşdə bildirib.
“Bizim çoxsaylı ortaq maraqlarımız, ortaq dəyərlərimiz və ortaq çağırışlarımız var. Cənab nazir, əminəm ki, əməkdaşlığımız davam etdikcə tərəfdaşlığımız daha da güclənəcək. Fridrix Mertsə İsrail-Almaniya ittifaqını möhkəmləndirmək üçün göstərdiyi birgə səylərə görə ən xoş arzularımı çatdırıram”, – deyə Netanyahu vurğulayıb.
Məlumatı Netanyahunun ofisi yayıb.

Mertsin ilk rəsmi açıqlaması
06 May 2025 22:05
Mertsin uğursuzluğu millətçiləri ruhlandırıb VİDEO
06 May 2025 16:04
İsrail hücuma hazırlaşır? Netanyahu açıqladı
23 Dekabr 2024 10:50
Netanyahu İsrail rəsmilərinə tapşırıq verdi
12 Yanvar 2025 05:21
Netanyahu: İsrail Suriya ilə qarşıdurmada maraqlı deyil
15 Dekabr 2024 21:43

