Icma.az
close
up
RU
Bu şəxslər üçün ictimai nəqliyyatdan istifadə pulsuz ola bilər…

Bu şəxslər üçün ictimai nəqliyyatdan istifadə pulsuz ola bilər…

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İctimai nəqliyyatda gediş haqlarının artırılması fonunda tələbələr üçün güzəştli tariflərin tətbiqi məsələsi yenidən gündəmə gəlib. Xüsusilə də Brutto müqavilə sisteminə mərhələli keçid bu sahədə yeni imkanlar yaradır. Maraqlıdır, gələcəkdə tələbə bileti ilə daha ucuz gediş haqqı tətbiq oluna bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, bu ildən etibarən brutto müqavilə mexanizmi işə düşür və onun əsas tələblərindən biri də ictimai nəqliyyatda tam nağdsız ödəniş sisteminə keçiddir.

Ekspertin sözlərinə görə, tam nağdsız ödəniş təmin olunduqdan sonra bir sıra güzəştlərin tətbiqi üçün real imkanlar yaranacaq:

“Nağdsız ödənişə keçiddən sonra güzəştlərin tətbiqi mümkün olacaq. Bununla yanaşı fərqli nəqliyyat növləri arasında inteqrasiya vacibdir. Hazırda bu inteqrasiyanı Bakı kart üzərindən metro və avtobuslar arasında görürük”.

Rauf Ağamirzəyev xatırladıb ki, ötən il tarif artımı zamanı yalnız marşrut xətti boyunca bütün avtobusları yenilənən xətlərdə qiymət artımı tətbiq olunub. Onun sözlərinə görə, brutto müqavilədən də ilk olaraq məhz bu marşrutlar faydalanacaq.

Ekspert qeyd edib ki, brutto müqavilənin tam tətbiqi 2026–2028-ci illəri əhatə edir, lakin bu prosesin daha sürətli həyata keçirilməsi məqsədəuyğundur:

“Bu keçidi sürətləndirmək lazımdır ki, güzəştlər də tez tətbiq olunsun. Dünyanın bir çox ölkələrində brutto müqavilə tətbiq edilən şəhərlərdə günlük, aylıq bilet paketləri, 90 dəqiqəlik pulsuz keçidlər, eləcə də güzəştli sosial kartlar mövcuddur. Tələbələr, təqaüdçülər, müharibə veteranları və digər həssas qruplar üçün xüsusi güzəştli bilet sistemləri tətbiq olunur. Bunlar bir-biri ilə sıx bağlı məsələlərdir”.

Rauf Ağamirzəyev bildirib ki, mexanizmlərin bir hissəsi artıq bu il ərzində icra oluna bilər və nəticədə sərnişinlər, xüsusilə də tələbələr bundan faydalanacaqlar.

Müşviq Tofiqoğlu
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://konkret.az
archiveBu xəbər 13 Yanvar 2026 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see202

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see182

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see149

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see137

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see136

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see135

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see134

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see133

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri