“Netanyahu ölüb?” Britaniyanın keçmiş deputatı “Bibi”dən YAZDI
Icma.az, Modern.az portalına istinadən məlumat verir.
Böyük Britaniyanın keçmiş deputatı Corc Qallouey “X” sosial platformasındakı paylaşımında İsrailin Baş naziri Benyamin Netanyahunun həyatda olmasına şübhə ilə yanaşıb.
Modern.az xəbər verir ki, Corc Qallouey Netanyahunun ölümünə və ya yaralanmasına işarə edib.
Netanyahunun səhhəti ilə bağlı şayiələrdən sonra Corc Qallouey bu mövzudakı paylaşımında yazıb:
"Netanyahu haradadır? Niyə əsl video əvəzinə süni intellektdən istifadə etdilər?"
Qeyd edək ki, İsrail Baş naziri Binyamin Netanyahu ilə bağlı sosial mediada müxtəlif iddialar yayılıb.
Xüsusilə, mətbuat konfransı zamanı çəkildiyi iddia edilən və Netanyahunun altı barmaqlı əlini göstərən şəkillər, şəklin süni intellektdən istifadə edilərək yaradılıb-yaradılmadığı ilə bağlı müzakirələrə səbəb olub. Bu, tez bir zamanda "Netanyahu ölübmü" sualını da ortaya çıxarıb.


Baxış sayı:137
Bu xəbər 14 Mart 2026 13:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















