Icma.az
close
up
RU
Nəticə 15 20 il sonra özünü göstərəcək AÇIQLAMA

Nəticə 15 20 il sonra özünü göstərəcək AÇIQLAMA

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

"Sağlamlıq baxımından ali təhsilli ailələrdə uşaqların erkən yaşda ölümü 5-10 % daha azdır".

Bu barədə elm və təhsil naziri Emin Əmrullayev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Bakı Dövlət Universitetinin birgə keçirdiyi “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qızların təhsil hüququ” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Ramin Nurəliyev bildirdi ki, Emin Əmrullayevin fikri belə izah edilə bilər ki, ali təhsilli ailələr həm tibbi, həm də tərbiyəvi yöndən, həmçinin ümumilikdə elit ailə səviyyəsində öz övladlarına təsir göstərə bilirlər:

"Məsələn, tibbi çatışmazlıq, hər hansısa xəstəlik varsa, zamanında müdaxilə edilərək aradan qaldırılmasına köməklik göstərə bilirlər. Qida məhsulunun qəbulu zamanı, əgər ailə ali təhsillidirsə, bu qidanın zərərli, yoxsa xeyirli olduğu müəyyən edilə bilir. Ali təhsilli ailələrdə bu istiqamətə meyil daha çox olur. Düşünürəm ki, bu günü 15-20 il əvvəllə müqayisə etdikdə görərik ki, ciddi fərqlər var. Düzdür, hələ də erkən nigah məsələləri rayonlarımızda özünü göstərir. Xüsusilə cənub rayonlarında bir az daha çoxdur. Amma əvvəlki ilə müqayisədə hal-hazırda qız uşaqlarının təhsil almasına ailələr daha çox maraq göstərir. Son buraxılış imtahanlarında maksimum bal toplayanların 80 faizinin qız olması çox sevindirici haldır. Əksəriyyəti də rayondan olan abituriyentlər idi. Hal-hazırda ailələrin qızlarının oxumasına meyilli olduqlarını görürük. İmtahanlara qeydiyyatdan keçənlərin saylarına baxanda görürük ki, qızlar üstünlük təşkil edir".

Ekspertin sözlərinə görə, ailələr artıq qızlarının ali təhsil aldıqdan sonra ailə həyatı qurmalarına üstünlük verirlər: 

"Düzdür, erkən nigah tam aradan qaldırılmayıb, hələ də var. Bu problemin həlli üçün bir sıra addımlar atılır. Cənab nazirin bildirdiyi kimi, hal-hazırda təhsil ilə bağlı apardığımız islahatlar 15-20 il sonra öz təsirini göstərəcək. Yaxud ailə münasibətləri ilə bağlı aparılan hər hansısa islahatlar illər sonra öz bəhrəsini verəcək. Düzdür, bəzi məqamlarda bu illər çəkə bilər. Məsələn, sertifikasiya istiqamətində atılan addımlar 5 il sonra artıq öz təsirini göstərəcək. MİQ sahəsində atılan addımlar artıq bir müddət sonra öz təsirini göstərəcək. Məktəbəqədər təhsil sahəsində keçirilən islahatlar özünü göstərəcək. Hesab edirəm ki, atılan bu addımlar yaxın zamanda öz bəhrəsini göstərəcək".

R.Nurəliyev qeyd etdi ki, ailə mövzularında həllər isə özünü 15-20 il sonra göstərəcək.

"Ali təhsil almış bir ana öz övladını da o istiqamətdə yetişdirəcək. Məsələn, həmin ailənin övladı 17 yaşından ali təhsil almağa başlayacaq, təhsilini bitirəcək. Bu halda nəticə 15-20 il sonra özünü göstərmiş olacaq. Ali təhsilli ailə elə övladını da bu istiqamətdə yönləndirir. Bu hal, cəmiyyətin əksəriyyətinin ali təhsilli olmasına müəyyən qədər təsir göstərəcək", - deyə ekspert vurğuladı.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 20 Fevral 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri