Icma.az
close
up
RU
Nəvəsi milyonçu Ağa Musa Nağıyevin xarici banklarda qalan milyonlarından danışdı: Hələ də əlçatmazdır...

Nəvəsi milyonçu Ağa Musa Nağıyevin xarici banklarda qalan milyonlarından danışdı: Hələ də əlçatmazdır...

Icma.az, Pravda.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Bu il babam – neft milyonçusu-xeyriyyəçi Ağa Musa Nağıyevin anadan olmasının 175 ili tamam olur. Bu münasibətlə  layihəm əsasında çəkilmiş  “Ağa Musa Nağıyev - 175” sənədli filmin ilk təqdimatı Azərbaycan Milli Elmlər Akademiyasının elm kitabxanasında keçirildi. Hər filmdə olduğu kimi bu filmdə də görkəmli alimlər, mütəxəssislər iştirak ediblər. Film çox gözəl alınıb. Neft buruqlarına qədər gedib kadrlar çəkdirmişdim. Sevinirəm ki, bu gün də Ağa Musa Nağıyevin yaratdığı buruqların hər biri gündəlik 4-5 ton neft çıxarır. Neft tükənmir, qara qızıl həmişə olub, olacaq. Azərbaycan Bakı nefti ilə hər zaman fəxr edir və fəxr etməlidir. Məlumatınız olsun ki, babamın həyata keçirdiklərinə rəğmən 9 kitab yazmışam. Bu yaxınlarda “Tarix yaşadan binalar”  adlandırdığım 10-cu kitabım  işıq üzü görəcək. Bakının 11 milyonçusu  arasında  98 bina tikdirən, 413 milyon yatırımı olan yeganə Ağa Musa Nağıyev olub. Bakının  11 məşhur milyonçuları arasında birincilik qazanıb”.  

Bu sözləri Pravda.az-a müsahibəsində Azərbaycanın  milyonçu xeyriyyəçisi Ağa Musa Nağıyevin nəvəsi, “Milli dəyərlərin qorunması” İctimai Birliyinin təsisçisi Dilarə Ağamusa Nağıyeva deyib.  

O, babasının indiyədək İsveçrə bankında qalan milyonları barədə də danışıb:  “Aldığım məlumatlara görə, pullar İngiltərə və İsveçrə banklarındadır. Bu, 90% doğru məlumatdır. Müəyyən sənədlərə görə hələ də bir az əlçatmazdır...”

84 yaşlı Dilarə Ağamusa gözəl və gümrah qalmasının sirrini belə açıqlayıb: “Məndə həyata eşq, məhəbbət var. İnsanları, həyatı çox sevirəm. Gün ərzində işimlə əlaqədar  piyada və ya  avtobuslarla nə qədər gedib-gəlirəmsə, yorulmaq bilmirəm. Saysız-hesabsız tədbirlər keçirirəm, babamın fəaliyyəti ilə əlaqədar çəkilən 6 sənədli filmin layihə rəhbəriyəm, “musanaqiyev.az” saytını yaratmışam, “Milli Dəyərlərin Qorunması” İctimai Birliyinin təsisçisi, sədriyəm. Təşkilatın departament rəhbəri və üzvləri ilə  tez-tez şəhid, qazi ailələrini ziyarət edirik. Yeni kitabımda ziyarətində olduğumuz 25-dən çox şəhid, qazi haqqında esselər var. Həyatı həqiqətən sevəndə hər şey əldə etmək olar. “Ağa Musa Nağıyevin sahibkarlıq, xeyriyyəçilik və ictimai fəaliyyəti” mövzusunda yazdığım dissertasiyamın üzərində  2009-cu ildən işləyirdim. “Müəyyən səbəblərdən” müdafiəm 2022-ci ildə baş tutdu. 82 yaşımda tarix üzrə fəlsəfə doktoru-alimlik dərəcəsinə yiyələnmişəm. İstəyimə nail olmayana qədər heç bir işdən əl çəkmirəm. Üç ildən bir yeni kitabım çıxır. Son 7 kitabımı (hər biri 400-450 səhifədir) kompüterdə özüm yazıram və əməyimdən xüsusi zövq alıram. Bütün bunlar yuxusuz keçirdiyim gecələrimin bəhrəsidir. Mən Ağa Musa Nağıyevin təkcə nəvəsi deyil, həm də tədqiqatçısıyam. Babam Şollar suyunun Bakıya çəkilməsində 75% ödənişi  üzərinə götürmüş, 33 milyona başa gələn “su çəkmənin” 24 milyonunu Ağa Musa Nağıyev ödəmişdir. 35 imkansız ailənin vəsiyyətinə əməl edərək, onların nəşini Kərbəlaya  göndərib. O, səhiyyəyə, təhsilə də böyük önəm verib. Onun xeyriyyə işləri çox olub, sadəcə, hamısını sadalamaq çətindir. Xeyriyyəçiliyinin sübutudur ki, gənc yaşında dünyasını dəyişmiş  oğlu İsmayılın xatirəsinə tikdirdiyi - Bakının tacı sayılan, “İsmailiyyə” binasını (indiki AMEA) ilk Xeyriyyə Cəmiyyətinə hədiyyə etmişdir. Fəxr edirəm ki, məhz Ağa Musa Nağıyev Bakının 11 milyonçusu arasında birincilik qazanıb. Gənclərimizə tövsiyəm budur ki, tariximizi yaşatsınlar. Kimin əlindən nə gəlirsə, zərrə qədər də olsa, keçmişimizi yazıb məqaləyə, kitablara çevirsə, tariximiz daha da  genişlənər, daha da oxunaqlı olar. Milyonçu-xeyriyyəçilərin nəslindən olan  şahidlər məni flaqman adlandırırlar.  Dövrün “tələbinə” görə Kərbəlada dəfn edilməsi niyyəti ilə Ağa Musa Nağıyevin “əmanət” qəbrinin yeri 3 dəfə: 1919, 1931 və 1938-ci illərdə dəyişdirilmişdir. Nəhayət, 1998-ci ildə  qəbrini daimiləşdirmək məqsədilə nəşini kəfənə tutaraq Biləcəri qəbiristanlığında dəfn olunmasını həyata keçirmişəm. İsmailiyyə binasının maketini məzarı üzərinə qoyulandan düşünürdüm ki, onun məzarüstü  heykəli ucalmalıdır. 2016-cı ildə bu arzuma da çatdım.  İş adamı Zülfüqar Muxtarzadənin xeyriyyəçiliyi ilə Ağa Musa Nağıyevin məzarı üstündə heykəli qoyuldu. AMEA-nın loqosunun yenilənməsi  məqsədilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin yeni loqotipin yaradılması üçün elan etdiyi müsabiqəyə əsasən, “İsmailiyyə” binasının təsviri Akademiyanın loqotipi olaraq təsdiqlənib. Tikdirdiyi 98 binanın sayını sıralayan rəqəmlərin arxasında fenomen şəxsiyyətin dəyərli xidmətlərı dayanır. Arzusuna  çatmağa tikmədiyi iki bina qaldı. Bu arzunun reallaşdırmaq - Ağa Musa Nağıyevi tarixə 100 bina tikdirən milyonçu kimi gətirmək bu günümün düşüncəsidir. Bu gün məni  “98 + 2 düsturu”nun müəllifi də adlandırırlar”. 

Aytəkin Qardaşova 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://pravda.az
archiveBu xəbər 18 Noyabr 2024 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see191

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see170

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see158

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see131

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

31 May 2025 02:02see126

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

31 May 2025 01:21see126

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see122

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see122

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see117

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see117

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see116

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see116

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see116

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see115

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see115

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see114

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see114

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see113

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see113

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri