Icma.az
close
up
RU
525 ci qəzet “Babam təkcə şəxsiyyət deyil, həm də ailəsi və cəmiyyət üçün örnək olub” Ağa Musa Nağıyevin nəvəsi

525 ci qəzet “Babam təkcə şəxsiyyət deyil, həm də ailəsi və cəmiyyət üçün örnək olub” Ağa Musa Nağıyevin nəvəsi

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Nəzrin Dadaşova
Azərbaycan Yazıçılar Birliyinin üzvü

Ağa Musa Nağıyev, Azərbaycanın müstəqillik tarixinin önəmli şəxsiyyətlərindən biri, milyonçu, neft hasilatçısı, xeyriyyəçi, həm də xalqın yaddaşında dərin izlər qoymuş bir şəxsiyyətdir. Bu gün həmin izləri anlamaq və Ağa Musa Nağıyevin həyatını daha da dərindən bilmək məqsədilə onun nəvəsi, Dilarə Nağıyevadan yazı hazırlamağa qərar verdim.

Dilarə xanım ilə Tamam nənəmin dostluğu neçə illərdir ki, davam edir. Babası, milyonçu-xeyriyyəçi Ağa Musa Nağıyevin tədqiqatçısı olaraq, haqqında danışdıqları məndə böyük maraq oyatdı.

Dilarə xanım, babasının mübarizəsini, ailə həyatını və o dövrün tarixi şəraitini təsvir edərək, oxuculara maraqlı bir baxış bucağı təqdim edir:

“Ağa Musa Nağıyev, XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycanın siyasi və ictimai həyatında əhəmiyyətli rol oynamış bir şəxsiyyət olub. Onun fəaliyyəti, sadəcə, Azərbaycanın müstəqillik hərəkatı ilə bağlı deyil, həm də xalqın hüququ, azadlığı və mədəniyyəti üçün etdiyi mübarizələrlə tanınır.

1849-cu ildə Biləcəridə çox kasıb ailədə - Hacı Nağının oğlu - Ağa Musa Nağıyev dünyaya göz açıb. Atası saman satmaqla məşğul idi. Sonralar milyonçuya çevrilən Ağa Musa Nağıyev var-dövlətdə Hacı Zeynalabdin Tağıyevdən də zəngin idi. Axır vaxtlarda Tağıyevin var-dövləti beş-altı milyon, o da əmlak və əşyalardan ibarət olduğu halda, Ağa Musa Nağıyevin var-dövləti 10 milyonlarla qızıl pula çatmışdı.

Milyonçu Ağa Musa əfsanəvi bir şəxsiyyətə dönmüşdü. "Cəmiyyəti xeyriyyə" üçün şəhərin mərkəzində əzəmətli "İsmailiyyə" binasını ucaltmağına, bu mülkdən bir qədər yuxarıda Realni məktəbin inşasını öhdəsinə götürüb yarımçıq qalmış üçüncü mərtəbəsinin xərcini ödəməsinə, şəhər kənarında keçmiş Semaşko, indiki 1 saylı Şəhər Klinik Xəstəxanasını tikdirməyinə və Bakı su kəməri üçün xeyli pul verməyinə və digər çoxlu xeyriyyə işləri görməyinə baxmayaraq, camaat tərəfindən xəsis kimi damğalanmışdı”.

Dilarə xanımın sözlərinə görə, Ağa Musa Nağıyev yalnız bir lider deyil, həm də ailə başçısı olaraq böyük bir şəxsiyyətdir: “Onun həyatında təvazökar olmaq, çalışqanlıq və vətənə bağlılıq ön planda olub”.

Dilarə Nağıyeva, babasının həyatı və mübarizələri barədə danışarkən, onun şəxsi nümunəsinin və ailəsinə bağlılığının həmişə onun bütün qərarlarına yön verdiyini vurğulayır.

O bildirir ki, Ağa Musa Nağıyevin 100 bina tikdirmək arzusu olub: “Lakin arzusuna çatmasına 2 bina qaldı. Babamın bu arzusunu yerinə yetirməyi mən öhdəmə götürmüşəm”.

Müsahibə boyunca, Dilarə Nağıyeva Ağa Musa Nağıyevin mənəvi mirasını dəyərləndirərək, babasının yalnız siyasi şəxsiyyət deyil, həm də ailəsi və cəmiyyət üçün örnək olduğunu qeyd edir.

Dilarə Ağamusa Ağa Musa Nağıyevin sahibkarlıq, xeyriyyəçiliyi və ictimai fəaliyyətinə aid 10  tarixi kitabların müəllifidir. O, bir illik Prezident Mükafatına layiq görülüb. Eləcə də Prezidentin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif  edilib. Tarix üzrə fəlsəfə doktoru adına yiyələnib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://525.az
archiveBu xəbər 23 Yanvar 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see179

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see159

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see152

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see145

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see138

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see134

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri