Nəvəsinin ad gününü Kəbədə təbrik etdi
Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xəbər verdiyimiz kimi, Xalq artisti Natiq Şirinov xanımı Sevinclə birlikdə Ümrə ziyarətinə yollanıb.
Axşam.az xəbər verir ki, nağara ifaçısı nəvəsi Şəmslə bağlı paylaşım edib. O, nəvəsinin 2 yaşının tamam olduğunu bildirib:
"Ürəyim, gözümün nuru, hər şeyim Şəms balam. 2 yaşın münasibəti ilə baban səni Kəbədən təbrik edir. Allah səni qorusun".
Musiqiçinin xanımı isə "Mənim ilk və məni nənə edən nəvəm. Atalı, analı yaşamağı diləyirəm. Savadlı, imanlı olasan. Allah bu gözəl yerdə sənə gözəl bəxt yazsın" sözlərini əlavə edib.
Qeyd edək ki, Şəms N.Şirinovun oğlu Ümidin övladıdır. Ümid Xalq artisti Alim Qasımovun nəvəsi, Əməkdar artist Fərqanə Qasımovanın qızı Fatimə ilə ailəlidir.
Baxış sayı:140
Bu xəbər 06 Fevral 2025 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















