Icma.az
close
up
RU
Neymar “İlahi əl”i təkrarlamaq istədi və “qırmızı” aldı!

Neymar “İlahi əl”i təkrarlamaq istədi və “qırmızı” aldı!

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İyunun 1-dən 2-nə keçən gecə Braziliya A seriyasının 11-ci turu çərçivəsində “Santos” “Botafoqo”nu qəbul etdi və 0:1 hesabıyla uduzdu.

"Football-plus.az" xəbər verir ki, meydan sahiblərinin əsas ulduzu Neymar bu oyunda da diqqət mərkəzinə düşdü. O, əllə qol vurmaq cəhdinə görə qırmızı vərəqə aldı, ardından üzr istəməli oldu.
Həmin epizodun videoyazısına baxanlar çox maraqlı mənzərə görə bilər. Deməli, 76-cı dəqiqədə top sol cinahdan rəqibin cərimə meydançasına ötürülür. Qapıçının qaytardığı topa hücumun sivri ucunda qərarlaşan Neymar yiyələnir, dizi ilə rahatlayır, başı səviyyəsinə qaldırır və özünü yetirən müdafiəçinin müqavimətinə rəğmən, topu əllə qapıya göndərir. Oyunu idarə edən Davison de Oliveyra dərhal qolu ləğv etdi, Neymara 2-ci sarı vərəqəni göstərdi ki, bu da avtomatik “qırmızı”ya çevrildi. Ulduz hücumçu peşəkar karyerasında 15-ci, “Santos”a dönəndən bəri isə ilk dəfə meydandan qovuldu.
Bu epizod dərhal Dieqo Maradonanın 1986-cı ildə keçirilən dünya çempionatının 1/4 finalında vurduğu qolla assosiasiya olundu. Onda argentinalı əfsanə İngiltərə yığmasının qapısına əllə qol vurmuş, epizod futbol tarixinə “İlahi əl” kimi düşmüşdü. Həmin hadisədən fərqli bu oyunda VAR sistemi çalışırdı, təbii ki, Neymarın hoqqabazlığı gözdən qaça bilməzdi.
Ulduz hücumçunun qovulması oyunda dönüş anı oldu. Artıq 86-cı dəqiqədə “Botafoqo” say üstünlüyündən yararlandı: Jairin ötürməsini qolla tamamlayan Artur komandasına vacib səfər qələbəsi qazandırdı. Bu nəticə Rio de Janeyrodan olan komandaya A seriyasının turnir cədvəlində 15 xalla 9-cu pilləyə yüksəltmək imkanı qazandırdı, hesabında cəmi 8 xal olan “Santos” isə təhlükəli zonada qaldı.
Oyun bitəndən sonra Neymar sosial şəbəkə hesablarında “Santos” azarkeşlərindən üzr istədi:

“Qol vurmaq arzusu bəzən bizi səhv etməyə məcbur edir... Komanda yoldaşlarım, həmçinin azarkeşlər qarşısında üzr istəyirəm. Səhvə yol verdim, məni bağışlayın. Bu gün məni meydandan qovmasaydılar, əminəm ki, 3 xal qazanacaqdıq... Bu üç xalı mənim hesabıma yazın”.


Olimpiya çempionu hakimlikdən şikayətlənməyi də unutmayıb. Neymarın fikrincə, referi ona ilk “sarı”nı göstərməməliymiş:

“İkinci sarı vərəqəni göstərməliydi, ancaq birincini... Hakim, sadəcə, gülür. Qaydanı pozan kimi sarı vərəqə ilə cəzalanıram. Pis hakimlər var... Bu, yalnız, mənim fikrimdi, lütfən, məni növbəti dəfə cəzalandırmayın”.

Bu məğlubiyyət mürəkkəb mövsümdə “Santos” üçün növbəti zərbə oldu. Neymarın dönüşünə baxmayaraq, bu komanda 11 oyundan sonra cəmi iki qələbə ilə elit divizionu tərk etmək təhlükəsi yaşayır. Məşhur hücumçu isə A seriyasının cari mövsümündə keçirdiyi 4 oyunda heç bir məhsuldar hərəkətlə yadda qalmayıb. Neymar vətənə dönəndən sonra artıq ikinci dəfə qalmaqalın mərkəzində olur: “Fluminense” ilə apreldəki oyunda da rəqibin üzünə zərbə vurduğuna görə sarı vərəqə almışdı.
Forvardın diskvalifikasiya olunacağını və klublarası dünya çempionatı ərəfəsində A seriyasında 1 aylıq fasilə yaranacağını nəzərə alsaq, “Botafoqo” ilə oyun onun üçün “Santos”un heyətində Braziliya meydanlarında sonuncu ola bilər. Neymar 10 illik fasilədən sonra “Santos”un heyətinə dönüb, ancaq onun müqaviləsinin müddəti iyunun 30-na qədərdi. Müddətin uzadılması isə sual altındadı.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 14 İyun 2025 22:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri