Icma.az
close
up
RU
Nəzrinin ölümü ən çox Sənan doktoru sarsıdıb Məşhur cərrah həbs olunan həmkarı ilə bağlı sualları cavablandırdı

Nəzrinin ölümü ən çox Sənan doktoru sarsıdıb Məşhur cərrah həbs olunan həmkarı ilə bağlı sualları cavablandırdı

Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Nəzrinin ölümü ən çox Sənan doktoru sarsıdıb. Heç bir həkim belə bir hadisənin baş verməsini istəməz. 20 minə yaxın əməliyyat etmiş bir cərrahın səhv etməyi mümkünsüzə yaxındır. Ekspertiza rəyi tam hazır olmadan həbs olunması isə bütün həkimləri məyus edib”.

Mia.az-ın məlumatına görə, bunu “Unikal”a müsahibəsində burun əməliyyatından sonra komaya düşərək vəfat etmiş Nəzrin Mansurlunu əməliyyat edən həkim Sənan Mehdiyevin həbsi barədə danışan həmkarı Pərviz Aslanov deyib.  

Cərrah Dr. Pərviz Aslanov qeyd edib ki, Sənan Mehdiyevin həbsi ilə əlaqədar vəkillərin dediyinə görə ekspertiza qarşısında qoyulan 9 sualdan 6-sına hələ cavab verilməyib: “Əməliyyatdan bir gün sonra kafi vəziyyətdə evə gedən Nəzrin təcili tibbi yardım həkimlərinin ev şəraitində vurduğu dərmanlar, başqa həkimlərin təyinatı, digər klinikada aparılan müalicə ilə bağlı məlumatsızıq. Ev şəraitində xəstəyə sistemlər qoşulub, təyinatı kimin verdiyi açıqlanmır. Baş ağrıları olan Nəzrinin vena daxilinə yeridilən dərmanlardan sonra vəziyyəti daha da ağırlaşıb. Məncə, mərhumun patoloji anatomiya müayinəsində Sənan həkimin də iştirakı təmin olunmalıydı. Dünya təcrübəsində ölüm səbəbini araşdıran həkim qruplarında müvafiq ixtisas sahibləri mütləq şəkildə iştirak edir”.

Pərviz Aslanov bildirib kiKompüter Tomoqrafiya (KT) müayinəsinə görə hipoksik beyin ölümü baş verib, beyin ölümünün səbəbi isə rinoplastika deyil: “Ölkəmizdə cərrahi əməliyyat zamanı məsuliyyətin yalnız cərrahın üzərinə düşməsi adi haldır və səhvdir. Əməliyyat bir komanda işidir. Xəstəxana, laboratoriya, sterilzasiya, əməliyyatxana, reanimasiya, bir sözlə bütün tibbi personal məsuliyyəti bölüşməlidir. Mənə elə gəlir ki, məhkəmə tibbi eskpertizanın yekun rəyi bütün suallara tam aydınlıq gətirəcək”.

“Heç bir əməliyyat risksiz deyil”

Pərviz Aslanov qeyd edib ki, Nəzrin Mansurlu ilə bağlı ilkin rəydə alın sümüyündə sınıq olması haqqında deyilib: “Lakin KT-də nəticə belə qeyd olunub: “Kəllə sümüklərində sınıq və destruksiya izləri müşahidə olunmur”. Burun və kəllə sümüklərinin sınığı nəticəsində mütləq ölüm olur deyə bir şey də yoxdur. Və ya ölüm meningitdən olubsa, yenə cərrahı günahlandırmaq düzgün deyil. Cərrah meninqokları cibindən çıxarıb xəstənin kəllə boşluğuna keçirməyib. Baş-beyin, ağız boşluğu əməliyyatlarından sonra pasiyentlərdə bakteriemiya, septisemiya, septik şok kimi ağırlaşmalar ola bilər”.

Həkim onu da vurğulayıb ki, meningit, sepsis, septik şok kimi ciddi səbəblərdən 3-5 gün ərzində ölüm baş vermir: “Adətən, belə qısa müddətli ölümlərin səbəbi tromboz, trombemboliya olur. Klinik gedişat tromboza uyğundur. Tromboz cərrahi ölümlərin 2% təşkil edir və bundan kimsə sığortalanmayıb”.

Pərviz Aslanova görə, pasiyentin əməliyyatdan sonra öz ayağı ilə xəstəxanadan çıxışı əməliyyatın uğurlu nəticələndiyinin sübutudur:  “Cərrahın peşəkarlığına və etik dəyərlərinə uyğun olaraq heç bir əməliyyat risksiz deyil, önəmli məqam həkimin öz sahəsində ən yaxşısını təqdim etməsi və pasiyentə yüksək keyfiyyətli tibbi xidmət göstərməsidir. Qeyd edim ki, əməliyyat sonrası ağırlaşmalar dünyanın hər yerində var”.

“Əgər komplikasiyalar əməliyyatdan sonra düzgün müalicə və izləmə ilə bağlıdırsa, cərrah məsuliyyət daşıya bilər. Lakin bəzi hallarda pasiyentin əməliyyat sonrası izləmə dövründə və ya evə getdikdən sonra etdiyi yanlış hərəkətlər, eləcə də digər amillər komplikasiyalara səbəb ola bilər və bu hallarda cərrahın məsuliyyəti olmur. Bu cür məsələlərdə mütləq hüquq və tibb mütəxəssisləri ilə məsləhətləşmək vacibdir”- deyə, həkim qeyd edib.

“Pasiyentin əvvəlki tibbi tarixçəsi və xüsusiyyətləri diqqətə alınmalıdır”

“Heç bir həkim xəstəsinin ağırlaşmasına sevinmir. Əksinə onunla birgə üzülür, məhv olur, sınır. Tibbdə heç vaxt 100 faizlik nəticə yoxdur. Bəzən hər şeyə rağmən alınmır, gücün çatmır, fəsadlaşmanın qarşısını almaq səndən asılı olmur...”- deyən həkim qeyd edib ki,  pinoplastika planlı əməliyyatdır: “Dünya təcrübəsinə də baxsaq görərik ki, bu əməliyyatdan sonra ölüm təyyarə qəzası qədər nadir rast gəlinən hadisədir. Sənan doktorun həkimlik fəaliyyətində uğurlu əməliyyat nümunələri saysızdır. Rinoplastika estetik cərrahiyyə əməliyyatıdır və hər bir əməliyyat özünə məxsus risklər daşıyır.

Həkim pasiyentə fərdi yanaşır, əməliyyatın nəticələrini daha da yaxşı etmək üçün müasir texnalogiya və təcrübələrdən istifadə edir. Lakin bütün əməliyyatlarda olduğu kimi fəsad və ağırlaşmaların az olmasına baxmayaraq, həmişə risklər qaçılmazdır. Ən vacib məqam komplikasiyaların səbəbləri və bunların necə idarə olunmasıdır. Ölümün səbəbi həmişə əməliyyatla bağlı olmaya bilər və bunun müəyyən edilməsi üçün daha ətraflı tibbi qiymətləndirmə tələb olunur. Pasiyentin əvvəlki tibbi tarixçəsi və xüsusiyyətləri diqqətə alınmalıdır”.

Rinoplastika əməliyyatında hansı risklər var?

Pərviz Aslanov bildirib ki, rinoplastika estetik və funksional məqsədlə icra olunan burun əməliyyatıdır: “ Hər bir cərrahiyyə əməliyyatı kimi rinoplastikada da risklər var. Bunlardan bəzilərini qeyd etmək istəyirəm. Əməliyyat sonrası infeksiya əsasən antibiotiklərlə müalicə olunur. Burun qanaxmaları adətən çox cüzi olur, sürətlə dayandırılır. Nadirən buruna tampon qoyulur. Anesteziya ilə əlaqəli risklər, ürək ritminin pozulması və ya tənəffüs problemləri kimi hallar da mümkündür. Burun estetikası ilə bağlı əməliyyatdan sonra psixoloji dəyişikliklər də yarana bilər. Pasiyentlər gözlədikləri və ya mümkün ola bilməyən nəticənin əldə etmədikdə, bu onların emosional vəziyyətinə təsir göstərə bilər.

Son olaraq allergik reaksiyaları qeyd etmək istəyirəm. Xəstə müəyyən dərmanlara, gipsə və digər tibbi materiallara qarşı allergik reaksiya verə bilər. Həkimlər əməliyyatdan əvvəl pasiyenti risklər barədə tam məlumatlandırır. Hətta müəyyən yazılı sənədləri oxuyub imzalamaq üçün təqdim edirlər”.

“Ekspertiza rəyi tam yekunlaşmadan həkim həbs olunmamalı idi”

Pərviz Aslanova görə, Azərbaycanda həkim  işləmək  özü bir qəhrəmanlıqdır: “Müraciət edən  pasiyentlərin  çoxu həkimdən zəmanət tələb edir. Bu hadisə ilə bağlı aparılan müzakirələrdən də görünür ki, baş verən hadisə Azərbaycan həkimində bir ruh düşkünlüyü yaradıb. Hər gün  yüzlərlə həkim Sənan doktorun həbsini pisləyir, ağır xəstəni əməliyyat etməkdən çəkindiklərini və bir gün özlərinin də həbs olunma təhlükəsindən yazırlar. Bu çox mənfi bir  tendensiyadır. Baş verən hadisə ciddi araşdırılmalı, ekspertiza rəyi tam yekunlaşmadan həkim həbs olunmamalı idi”.

Pərviz Aslanov deyib ki, əgər dünya və Avropa təcrübəsinə baxsaq,  məsələn Avropa qanunlarına əsasən Konvensiya 3-cü şəxslərə qarşı cinayət işinin qaldırılmasını tələb etməsə də,  2-ci maddə (yaşamaq hüququ) yaradılması tələb olunan effektiv məhkəmə sistemi cinayət hüququna müraciət tələb edə bilər,  bəzi hallarda isə etməlidir:” Lakin əgər yaşamaq  hüququnun pozulması qəsdlə əhatə olunan əməllərin nəticəsində baş verməyibsə, 2-ci maddə ilə nəzərdə tutulan effektiv məhkəmə sisteminin yaradılmasına dair pozitiv öhdəlik hər bir halda cinayət hüquqi vasitələrdən istifadəni tələb etmir.

Konkret olaraq, Almaniyada bir həkimin həbs olunması üçün tam araşdırma aparılmalı və sübut olunmalıdır ki, həkim tibbi standartları pozub və ya onun hərəkətləri məqsədli olub, məsələn, xəstənin vəziyyətin gizlətmək. Hətta belə hallarda qərar çıxana kimi həkim nəzarət altında və ya məhdudiyyətlə  işləməyə davam edə bilər. Bu hadisə ilə bağlı araşdırma edərkən indiyədək  dünya praktikasında cərrahi ağırlaşmaya görə hansısa həkimin həbsi ilə bağlı heç bir fakta rast gəlmədim”.

“Həkimlərin hüquqlarını qoruyan  peşəkar təşkilatlar yaradılmalıdır”

Cərraha görə, həkimlərin hüquqları qorunmasa,  hər il xarici  ölkələrə  üz tutan həkimlərin sayı daha da arta bilər: “2022-2023-cü illərdə 3000-ə yaxın azərbaycanlı həkim Almaniyada çalışmaq üçün bütün baryerləri keçib. 2024-cü ilin nəticəsi bu il açıqlanacaq. Ən pis halda Azərbaycan Tibb Universitetini bitirən kimi uzmanlıq təhsili üçün Türkiyəyə gedirlər və böyük əksəriyyəti geri qayıtmır. Bütün bunları nəzərə alaraq həkimlərin hüquqlarını qoruyan peşəkar təşkilatlar yaradılmalı, həkimlərin peşə məsuliyyətinə dair sığorta sistemi tətbiq olunmalı və digər əməli addımlar da atılmalıdır”.

Qeyd edək ki, Pərviz Aslanov 2006-cı ildə Azərbaycan Tibb Universitetini bitirib. ABŞ, Braziliya, Avropa da daxil olmaqla dünyanın 50-yə yaxın ölkəsində ixtisasartırma kurslarında və beynəlxalq konfranslarda iştirak edib. 15 ildir rinoplastika və burun daxilinə aid bütün patologiyaların müalicəsi ilə məşğul olur.

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda doktorantura təhsili alıb, elmi tədqiqat işləri aparıb. 2021-ci ildə otorinolarinqologiya ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini qazanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://mia.az
archiveBu xəbər 31 Yanvar 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see338

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see137

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see135

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see129

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see128

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see128

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see127

Yer niyə fırlanır və ya fırlanmasa, nələr baş verər?

31 Avqust 2025 19:39see126

İsrail ordusu HƏMAS ın xaricdəki liderlərini hədəf alacaq

31 Avqust 2025 22:01see125

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see125

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see122

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see120

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see120

Ağdamda baş vermiş yol qəzasının təfərrüatları məlum olub FOTO YENİLƏNİB

31 Avqust 2025 19:50see118

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see118

Flamingo nun təqdimatı ilk dəfə onlayn nümayiş olunub...

01 Sentyabr 2025 00:05see116

Biz çox böyük iş görmüşük İmişli nin baş məşqçisi

31 Avqust 2025 22:12see115

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see114

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see114

Azər Həşimov: Məğlub olsaq da...

31 Avqust 2025 20:24see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri