“Bakı Bus”da özbaşınalıq: Sərnişinlər avtobusdan düşürüldü...
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Bu gün saat 13:50 radələrində Tiflis prospektindən Əbdülvahab Salamzadə küçəsinə dönəndə, körpünün yanında “Bakı Bus”a məxsus 7A saylı marşrut digər 7A saylı marşrutu ötərək, saxlatdırdı və sərnişinlərin hamısını düşürüb, digərinə mindirdilər. Belə ki, 99 JV 360 dövlət nömrə nişanlı 7A saylı marşrutdakı sərnişinlər 99 JC 943 dövlət nömrə nişanlı 7A saylı marşruta minməyə məcbur edildi. Nəticədə avtobusda basabas yarandı.
Bu barədə avtobusda olan sərnişinlərdən biri Axar.az-a bildirib.
O vurğulayıb ki, bu səbəbdən avtobusda basabas yaranıb və marşrut avtobusu dayanacaqların əksərində saxlamadan hərəkət edib:
“99 JV 360 nömrəli avtobus xarab olmamışdı, normal işləyirdi, hətta sürətlə gəlib, digərini də ötdü. Bu halda hansı zərurətdən marşrut avtobusu yolun yarısında xətdən çıxır və iki avtobusun sərnişinləri bir avtobusa minməyə məcbur edilir? Bunun nəticəsində nə qədər insan dayanacaqda növbəti 7A saylı avtobusu gözləməyə məcbur oldu”.
Qeyd edək ki, “Bakı Bus” insidentlə bağlı məlumat yaymayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 22 Noyabr 2026 00:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















