Nigeriyada baş verən yanacaq tankerinin partlayışında ölənlərin sayı 86 ya çatıb Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Nigeriyanda baş verən yanacaq tankerinin qəzası ağır nəticələrə səbəb olub.
BAKU.WS Niger Əyaləti Fövqəladə Hallar İdarəsinə istinadən xəbər verir ki, şənbə günü devrilən yanacaq tankerinin partlaması nəticəsində həyatını itirənlərin sayı 86 nəfərə çatıb.
Niger Əyaləti Fövqəladə Hallar İdarəsinin baş direktoru Abdullahi Baba-Ara bildirib ki, həyatını itirən 80 nəfər kütləvi məzarlıqda dəfn olunub, digər cəsədlər isə yaxınlarına təhvil verilib.
Federal Yol Təhlükəsizliyi Təşkilatının (FRSC) Niger əyalətindəki rəsmisi Kumar Tsukuam hadisədən sonra açıqlamasında ölənlərin əksəriyyətinin tanker devrildikdən sonra yerə tökülən yanacağı toplamağa çalışan yoxsul yerli sakinlər olduğunu qeyd edib. Hadisədə 55 nəfər yaralanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 20 Yanvar 2025 12:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















