Icma.az
close
up
RU
NİİM yağışlı havada qəzaların qeydə alındığı, nasaz avtomobillərin yolda qaldığı küçə və prospektlərin siyahısını açıqlayıb

NİİM yağışlı havada qəzaların qeydə alındığı, nasaz avtomobillərin yolda qaldığı küçə və prospektlərin siyahısını açıqlayıb

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Yağışlı havada yol-nəqliyyat hadisələrinin baş verməsi, texniki nasaz avtomobillərin yolda qalması nəqliyyat sıxlığına səbəb olub, bəzi yollarda sıxlığın müddəti daha da artıb. Bu gün səhər saatlarından paytaxt ərazisində müşahidə edilən yağışlı hava şəraiti yollarda təbii olaraq nəqliyyatın hərəkət sürətinin aşağı düşməsinə və bəzi yollarda sıxlığın yaranmasına səbəb olub. Ancaq bir neçə küçə və prospektdə qəzaların baş verməsi və texniki nasaz avtomobillərin yolda qalması, sıxlıq olmayan yollarda da nəqliyyatın hərəkətində ləngimələr yaradıb.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

NİİM qəzaların qeydə alındığı, texniki nasaz avtomobillərin yolda qaldığı küçə və prospektlərin siyahısını təqdim edib:

-Nizami rayonu, Heydər Əliyev prospekti, mərkəz istiqamətində yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb;

-Nərimanov rayonu, Ziya Bünyadov prospekti, "Çermet" körpüsü, metronun “Koroğlu” stansiyası istiqamətində yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb;

-Nərimanov rayonu, Ziya Bünyadov prospekti, metronun “20 Yanvar” stansiyası istiqamətində yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb;

-Nizami rayonu, Heydər Əliyev prospekti, tunel, mərkəz istiqamətində yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb;

-Nərimanov rayonu, Heydər Əliyev prospekti, "Bağırov" körpüsü, mərkəz istiqamətində yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb;

-Nizami rayonu, Babək prospektində yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb;

-Xətai rayonu, Babək prospekti, "Aysun" şadlıq evinin qarşısı, mərkəz istiqamətində texniki nasaz nəqliyyat vasitəsi yolda qalıb, sıxlıq yaranıb;

-Nərimanov rayonu, Ziya Bünyadov prospekti, "Çermet" körpüsü, metronun “20 Yanvar” stansiyası istiqamətində texniki nasaz nəqliyyat vasitəsi yolda qalıb, sıxlıq yaranıb;

-Xətai rayonu, 8 Noyabr prospekti, mərkəz istiqamətində texniki nasaz nəqliyyat vasitəsi yolda qalıb, sıxlıq yaranıb;

-Nərimanov rayonu, Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsi, keçid, metronun “20 Yanvar” stansiyası istiqamətində texniki nasaz nəqliyyat vasitəsi yolda qalıb, sıxlıq yaranıb;

-Nəsimi rayonu, Bakıxanov küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsi, texniki nasaz nəqliyyat vasitəsi yolda qalıb, sıxlıq yaranıb;

-Nərimanov rayonu, Ziya Bünyadov prospekti, "Çermet" körpüsü, metronun “20 Yanvar” stansiyası istiqamətində texniki nasaz nəqliyyat vasitəsi yolda qalıb, sıxlıq yaranıb;

-Nərimanov rayonu, Ziya Bünyadov prospekti, tunel, metronun “20 Yanvar” stansiyası istiqamətində texniki nasaz nəqliyyat vasitəsi yolda qalıb, sıxlıq yaranıb.

Yollarda yaranan nəqliyyat sıxlığının aradan qaldırılması üçün Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin və Bakı şəhər DYPİ-nin əməkdaşları tərəfindən birlikdə müvafiq tədbirlər görülür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 Fevral 2025 23:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see488

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see163

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see137

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see133

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see132

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see131

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see130

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see130

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see128

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see124

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri