Nikolya Sarkozi həbs cəzasından azad edildi
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
Fransanın 2007-2012-ci illərdə prezidenti olmuş Nikolya Sarkozi 2012-ci il seçki kampaniyası xərclərinin normadan artıq olması işi üzrə cəzanın icrası çərçivəsində şərti olaraq vaxtından əvvəl azad edilib.
Moderator.az RTL radiostansiyasına istinadən xəbər verir ki, bu barədə Paris Apellyasiya Məhkəməsi qərar verib.
Məhkəmə Sarkozinin cəzanın icra qaydasının yüngülləşdirilməsi ilə bağlı vəsatətini təmin edib. Beləliklə, sabiq prezident bu iş üzrə çəkməli olduğu altı aylıq real həbs müddətini elektron qolbaqla keçirməyəcək.
Xatırladaq ki, istintaq Sarkozinin seçki kampaniyasına 42.8 milyon avro topladığını, bunun isə qanunla nəzərdə tutulan limiti iki dəfə aşdığını bildirib. 16 fevral 2016-cı ildə ona rəsmi ittiham irəli sürülüb. 2024-cü ilin fevralında Paris Apellyasiya Məhkəməsi Sarkozini təqsirli bilib və bir il azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Bu cəzanın altı ayı real, altı ayı isə şərti olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 06 May 2026 23:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















