Icma.az
close
up
RU
Menu

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

Zülalla ən zəngin çərəz

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

91 yaşlı əfsanəvi aktrisa uzun fasilədən sonra ictimaiyyət qarşısına çıxdı

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

Leyla Əliyeva İSESKO nun Baş direktoru ilə görüşüb

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

Niyə ağcaqanadlar məhz bizi dişləyir?

Niyə ağcaqanadlar məhz bizi dişləyir?

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yayın ən böyük kabuslarından sayılan ağcaqanadlarla bağlı uzun illərdir yayılan məşhur inancın doğru olmadığı məlum olub. Bir çox insan ağcaqanadların qurbanlarını qan qrupuna və ya "şirin qana" görə seçdiyini düşünsə də, son elmi araşdırmalar bunun həqiqəti əks etdirmədiyini göstərib.

Lent.az xəbər verir ki, mütəxəssislərin apardığı laboratoriya tədqiqatları nəticəsində müəyyən edilib ki, ağcaqanadlar insanları qan qrupuna görə deyil, dəridən yayılan xüsusi kimyəvi maddələrə əsasən seçirlər.

Araşdırmalar göstərib ki, ağcaqanadlar insan orqanizminin ifraz etdiyi yüzlərlə kimyəvi birləşmədən cəmi 27-ni ayırd edə bilir. Bu maddələr arasında ən güclü cəlbedici təsirə malik olan isə dəri yağlarının parçalanması nəticəsində yaranan "1-octen-3-ol" adlı birləşmədir. Elmdə "göbələk spirti" kimi tanınan bu maddənin miqdarındakı kiçik artım belə insanı ağcaqanadlar üçün daha cəlbedici edə bilir.

Alimlər bildirirlər ki, insan orqanizminin kimyəvi tərkibi zamanla dəyişdiyi üçün heç kim ömürboyu ağcaqanadların daimi hədəfi olmur. Həyat tərzi, qidalanma, hormonal dəyişikliklər və ətraf mühit amilləri bu kimyəvi siqnallara təsir göstərə bilər.

Mütəxəssislərin sözlərinə görə, yalnız dişi ağcaqanadlar insanları sancır. Onlar qurbanlarını tapmaq üçün üç mərhələli sistemdən istifadə edirlər.

Birinci mərhələdə ağcaqanadlar nəfəs aldığımız zaman xaric etdiyimiz karbon qazını onlarla metr uzaqdan hiss edir və istiqamətlərini həmin mənbəyə doğru dəyişirlər.

İkinci mərhələdə təxminən 10 metr məsafədə karbon qazı ilə insanın özünəməxsus bədən qoxusu birləşərək daha güclü siqnal yaradır. Məhz bu mərhələdə bəzi insanların digərlərinə nisbətən daha çox sancılmasının səbəbi ortaya çıxır.

Son mərhələdə isə bədən istiliyi və dərinin rütubət səviyyəsi ön plana keçir. Ağcaqanadlar ən uyğun hədəfi müəyyən etdikdən sonra yaxınlaşaraq sancmanı həyata keçirirlər.

Ağcaqanadlardan qorunmağın yolları

Mütəxəssislər ağcaqanadlardan qorunmaq üçün ilk növbədə geyim seçiminə diqqət etməyi tövsiyə edirlər. Qara, tünd göy və tünd qırmızı kimi rənglər ağcaqanadların diqqətini daha çox çəkdiyindən açıq rəngli və bol geyimlər daha məqsədəuyğun hesab olunur.

Yataq otaqlarında ağcaqanad torlarından istifadə etmək, pəncərələrə qoruyucu tor quraşdırmaq və açıq havada təsdiqlənmiş həşəratəleyhinə vasitələrdən yararlanmaq da effektiv üsullar sırasındadır.

Bundan əlavə, xüsusilə axşam saatlarında ağır və yağlı qidalardan uzaq durmaq, daha yüngül qidalanmaq və uzun müddət açıq havada qalmamaq tövsiyə olunur.

Beləliklə, ağcaqanadların insan seçimi qan qrupundan daha çox bədənimizin yaydığı xüsusi kimyəvi siqnallarla bağlıdır. Bu səbəbdən bəzi insanlar yay aylarında daha çox sancmaya məruz qala bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://lent.az
archiveBu xəbər 17 İyun 2026 19:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see319

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see290

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see288

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see283

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see234

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see232

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see231

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see226

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see225

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see217

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see213

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see208

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see204

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see193

91 yaşlı əfsanəvi aktrisa uzun fasilədən sonra ictimaiyyət qarşısına çıxdı

15 Noyabr 2026 02:58see187

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

15 Noyabr 2026 09:13see184

Leyla Əliyeva İSESKO nun Baş direktoru ilə görüşüb

15 Noyabr 2026 04:16see181

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see180

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see176

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri