Icma.az
close
up
RU
Niyə daha çox piyada gəzmək lazımdır?

Niyə daha çox piyada gəzmək lazımdır?

Icma.az, Tribuna portalına istinadən məlumat yayır.

Hər gün 30 dəqiqə piyada gəzmək – Sağlamlığa atılan sadə amma təsirli addım

Tribunainfo.az xəbər verir ki,piyada gəzmək – ən asan, pulsuz və hər kəs üçün əlçatan idman növüdür. Nə bahalı trenajor, nə də fitnes abunəliyi tələb olunur. Tək ehtiyac olan – rahat ayaqqabı və bir az motivasiyadır.

Niyə piyada gəzməyə başlamağa dəyər?

Həkimlərin fikrincə, müntəzəm piyada gəzintilər:

ürək və damar sistemini gücləndirir,
artıq çəkidən azad olmağa kömək edir,
əzələləri və oynaqları möhkəmləndirir,
stressi azaldır, əhvalı yaxşılaşdırır,
immuniteti gücləndirir.
Üstəlik, gəzintilər üçün heç nə almağa ehtiyac yoxdur – sadəcə yola çıxmaq kifayətdir.

Piyada gəzməyə necə başlamaq olar?

Yeni başlayanlar üçün: gündəlik 20-30 dəqiqəlik sürətli gəzinti kifayətdir.
Yaşlı insanlar üçün: daha yavaş, amma uzun müddətli gəzintilər tövsiyə olunur.
Ən vacib qayda: nəfəs çatışmazlığı (odyuşka) olmamalıdır.

İnsan addımının orta uzunluğu: 70-100 sm
Normal temp: 1 dəqiqədə 80–120 addım
Sürətli temp (idman effekti üçün): 120+ addım/dəqiqə

 Gəzintinin sağlamlığa faydaları
Qan dövranını yaxşılaşdırır, təzyiqi sabit saxlayır
Oynaqları qoruyur, artritin qarşısını alır
Çəkinin tənzimlənməsinə kömək edir
Bağırsaqların fəaliyyətini gücləndirir
Depressiya və narahatlığı azaldır

Gəzintini necə daha effektiv etmək olar?
Pilləkənlə qalxın: lift əvəzinə pilləkəndən istifadə edin.
Dağlıq ərazilər seçin: yüngül yamaclar əlavə yük yaradır.
Temp dəyişin: əvvəlcə sürətli addımla başlayın, yorulanda yavaşlayın, sonra yenidən sürətlənin.
Pulsun hesablanması üçün sadə düstur:
(220 – yaş) × 0.65 = piyada zamanı maksimal nəbz

Məsələn: 40 yaşınız varsa, maksimal nəbz təqribən 117 vurğu/dəq olmalıdır.

Maraqlı fakt
XX əsrin əvvəlində insanlar ömür boyu təxminən 75 min km yol gedirdi.
İndi bu rəqəm 24 min km-ə düşüb.
Bu isə o deməkdir ki, fiziki fəallığımız üç dəfə azalıb.

 Nəticə
Piyada gəzmək təkcə sağlamlıq üçün deyil, həm də zehnimizi rahatlatmaq, gün ərzində yığılan stressdən azad olmaq üçün effektiv üsuldur. Hər gün cəmi 30 dəqiqə – və siz artıq həyatınızı dəyişməyə başlamısınız!

İmran Kərimli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 22 May 2025 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see587

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see418

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see298

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see276

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see270

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see265

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see254

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see254

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see252

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see234

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see226

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see206

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see199

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see199

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see194

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see183

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see183

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see179

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see171

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri