Icma.az
close
up
RU
Niyə müntəzəm piyada gəzmək vacibdir?

Niyə müntəzəm piyada gəzmək vacibdir?

Icma.az, Tribuna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müntəzəm piyada gəzintiləri sadəcə fiziki fəallıq deyil, həm də sağlam həyatın açarıdır

“British Medical Journal” jurnalında dərc olunan yeni araşdırma göstərir ki, qrup halında yürüşlər insult, işemik ürək xəstəliyi və depressiya riskini azaltmağa kömək edir.

Tribunainfo.az xəbər verir ki,  ABŞ Səhiyyə və Sosial Xidmətlər Nazirliyinin tövsiyələrinə görə, böyüklər həftədə azı 2,5 saat orta intensivlikli fiziki fəaliyyətlə – məsələn, sürətli gəzinti ilə – məşğul olmalıdır. Lakin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin məlumatına əsasən, yetkinlərin cəmi 50%-i bu tövsiyələrə əməl edir.

Halbuki, gündəlik sadə gəzintilər belə sağlamlıq üçün böyük fayda verir. Məsələn, araşdırmalar göstərib ki, hər saatda cəmi 5 dəqiqəlik ayaqüstü gəzişmə oturaq həyat tərzinin yaratdığı qan dövranı problemlərini normallaşdıra bilər. Başqa bir araşdırma isə sübut edib ki, gündəlik 20 dəqiqəlik sürətli piyada gəzintisi vaxtından əvvəl ölüm riskini əhəmiyyətli dərəcədə azaldır.

Yeni tədqiqat çərçivəsində Britaniyanın Şərqi İngiltərə Universitetindən Sara Hanson və Endi Cons rəhbərliyindəki elm adamları qrup şəklində gəzintilərin sağlamlığa təsirini araşdırıblar. 14 ölkədən 2 minə yaxın insanın iştirak etdiyi 42 araşdırmanın nəticələri təhlil olunub. İştirakçılar arasında piylənmə, 2-ci tip şəkərli diabet, ürək-damar xəstəlikləri, fibromialgiya və Parkinson xəstəliyindən əziyyət çəkən şəxslər də olub.

Tədqiqat nəticəsində məlum olub ki, müntəzəm olaraq qrup halında piyada gəzən şəxslərdə qan təzyiqi azalıb, bədən çəkisi və depressiya əlamətləri azalıb, ürək ritmi və xolesterin səviyyəsi isə normallaşıb. Alimlərin fikrincə, bu nəticələr sübut edir ki, piyada gəzmək bir çox xəstəliklərin qarşısını almaqda faydalı ola bilər.

Üstəlik, araşdırma iştirakçılarının əksəriyyəti belə yürüşlərin təkcə fiziki deyil, psixoloji baxımdan da müsbət təsir etdiyini, həmçinin tənha və təcrid olunmuş hissin azaldığını bildiriblər.

Sara Hansonun sözlərinə görə, müntəzəm qrup yürüşləri sağlam həyat tərzini təşviq etməyin həm səmərəli, həm də sərfəli yoludur. Alimlər bu istiqamətdə həkimlər üçün xüsusi tövsiyələr hazırlamağı və cəmiyyət arasında belə gəzintilərin təşviq olunmasını planlaşdırırlar.

İmran Kərimli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 04 İyun 2025 19:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see972

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see441

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see343

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see262

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see249

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see248

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see240

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see229

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see219

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see208

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see204

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see197

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see195

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see192

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see190

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see189

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see185

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see183

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see180

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri