Icma.az
close
up
RU
Niyə gün ərzində daim yatmaq istəyirik?

Niyə gün ərzində daim yatmaq istəyirik?

News24 saytına istinadən Icma.az xəbər verir.

Gün ərzində yatmaq istəyi həm xəstəliklərlə, həm də insanın həyat tərzinin xüsusiyyətləri ilə bağlı ola bilər.

News24.az-ın xəbərinə görə, bu barədə rusiyalı nevroloq, manual terapevt və tibbi ekspert Maksim Alekseyev "İzvestiya"ya müsahibəsində danışıb.

"Nə qədər şablon kimi səslənsə də, bizə rejim lazımdır. Orqanizmimiz nizamlılığı sevir. Məsələn, səhər saat 5-də o, artıq oyanmağa hazırlaşmağa, uyğun hormonları ifraz etməyə başlayır və əgər siz onların pik konsentrasiyasını əldən vermisinizsə, bundan sonra nominal olaraq daha çox yatsanız belə, gündüz gümrahlığını əldə edə bilməyəcəksiniz. Əgər həyatınızın ritmi dəyişibsə, o zaman orqanizm öz bioritmlərini yenidən kalibrləməlidir", - deyə ekspert bildirib.

Bundan əlavə, gün ərzində yatmaq istəyi qidalanmadan da qaynaqlana bilər. Həkimin sözlərinə görə, bol karbohidratlı doyurucu bir şam yeməyi sizə səhər gümrahlığını verməyəcək. Bundan əlavə, hətta yüngül susuzlaşma belə qan dövranını və beyinə oksigen daxil olmasını zəiflədir ki, bunun da nəticəsində süstlük yaranır.

"Həmçinin işıq çatışmazlığının da təsiri var - qaranlıqda insanın yuxuya getməsinə cavabdeh olan melatonin ifraz olunur. Qeyri-kafi işıqlandırma yuxululuğa səbəb olacaq", - deyə nevroloq qeyd edib.

"Monoton iş və ya rutin (gündəlik iş) beyin aktivliyini azaldır və enerjiyə qənaət etmək üçün "sönür". Oturaq həyat tərzi də orqanizmi "enerjiyə qənaət rejiminə" qoyur", - deyə Maksim Alekseyev digər səbəblərdən bəhs edib.

Gün ərzində yuxululuğa səbəb olan orqanizmdəki problemlərdən danışarkən, həkim dəmir çatışmazlığını qeyd edib ki, bu da çox sayda maddələr mübadiləsi prosesləri üçün zəruridir.

"Avitaminozlar, ilk növbədə D vitamini çatışmazlığı - ultrabənövşəyi radiasiyaya məruz qalmayan məkanlarda daimi şəkildə çalışan müasir işçilərdə gündüz yuxululuğun ilkin səbəbidir. Xroniki stress, böyrəküstü vəzilərin rezervlərinin və sinir sisteminin tükənməsi zamanla yuxululuğa, ümumi zəifliyə və depressiyaya səbəb olur", - deyə həkim vurğulayıb.

Bundan əlavə, qalxanabənzər vəzinin hormonlarının çatışmazlığı və yoluxucu xəstəliklər də təsir gücünə malikdir - zəif inkişaf edən gizli infeksiyalar çox vaxt gündüz yuxululuğuna səbəb ola bilər. Revmatoloji, onkoloji xəstəliklər, nadir nevroloji xəstəliklər də daimi gündüz yuxululuğunun səbəbi ola bilər.

"Lakin praktikada ciddi, qorxulu diaqnozlar nadir olduğuna görə onlar barədə ən son düşünmək lazımdır. İlk növbədə, həyat tərzinizi təhlil etməli və onu tənzimləməlisiniz. Əgər bu kömək etmirsə, terapevtə, nevroloqa və endokrinoloqa müraciət edin, onlar müayinə planını tərtib edəcək və diaqnozu müəyyən etməyə kömək edəcək", - deyə Alekseyev əlavə edib./oxu.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://news24.az
archiveBu xəbər 13 Aprel 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see313

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see308

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see266

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see224

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see221

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see218

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see216

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see216

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see216

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see212

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see212

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see209

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see198

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see195

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see189

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see189

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see180

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see177

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see176

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri