Niyə mənə doğru düzgün qiymət verilmir? Əməkdar artist gileyləndi
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İndiki yaşam şərtləri ilə dublyaj sənətçilərinə verilən qonorar çox aşağıdır.
Milli.Az xəbər verir ki, bu fikirləri report.az-a müsahibəsində Əməkdar artist Nəcibə Hüseynova deyib.
Onun sözlərinə görə, zaman keçdikcə bu peşənin nümayəndələrinin gəliri ilə bağlı irəliləyiş hiss olunmur:
"İllər ötdükcə adam püxtələşir, peşəkarlaşır və düşünürsən ki, axı niyə aldığım qonorarda artım yoxdur? Niyə mənə doğru-düzgün qiymət verilmir? Niyə işimə qiymət az verilir?".
Nəcibə Hüseynova türk dilində olan filmlərin Azərbaycan dilinə dublyaj edilməsi məsələsinə də toxunub.
"Bir dəfə verilişlərin birində üzdə olan siyasətçilərdən biri mənə dedi ki, türk filmlərinin dublyajına nə ehtiyac var? Dedim, biz azərbaycanlı deyilik? Bizim ana dilimiz Azərbaycan dili deyil? Vəssalam da. Türkiyədə maraqlanın görün Azərbaycan dilində film nümayiş olunur? Yox. Baxdı, baxdı, dedi, düz deyirsiniz. Dil məsələsi mənim həssas yerimdir, bir millət öz dilini qorumasa, özü məhv olacaq", - o əlavə edib.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 15 Avqust 2025 11:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















