Icma.az
close
up
RU
Beynəlxalq reytinqlərdə niyə yoxuq? Universitetlərin saysız problemləri

Beynəlxalq reytinqlərdə niyə yoxuq? Universitetlərin saysız problemləri

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Ali təhsil müəssisələrimizin reytinq nəticələrini qaldıra bilmək üçün universitetlərin tədqiqat qurumları ilə birlikdə işini təşkil etmək lazımdır".

Bu barədə elm və təhsil naziri Emin Əmrullayev iki gün öncə “Elm və Ali Təhsilin Beynəlmiləlləşməsi” forumunda çıxışı zamanı deyib.

"Universitetlərin reytinqlərinin formalaşmasında ali təhsil müəssisəsinin reputasiyası, işəgötürülənlərin universitet haqqında fikirləri, tədqiqat komponentinin həcmi, müəllim və tələbə sayı, xarici tələbə və müəllim sayı kimi indiqatorlar nəzərə alınır. 

Bizdə bütün indiqatorlar üzrə müsbət dinamika olsa da, tədqiqat komponenti bizi hələ də narahat edən məsələdir. Elmi tədqiqatlar aparılır, amma pərakəndə şəkildədir. Tədqiqat aparan alim hansısa universiteti təmsil etməlidir. Bunu təşkil edə bilsək, universitetlərimizin reytinqi artacaq", - deyə nazir bildirib.

Nazir qeyd edib ki, universitetlərin sayı çox, aparılan tədqiqat sayı isə azdır:

"Buna görə də universitetlərin tədqiqat qurumları ilə birlikdə işini təşkil etmək lazımdır. Ölkədə elmin inkişafı naminə mütləq bu dəyişikliyi etməliyik. Bunu edə bilsək, təxminən 15-20 il ərzində universitetlərimiz beynəlxalq reytinqlərdə üst cərgələrdə olacaq".

Bəs universitetlərimizin hələ də reytinq problemi yaşamasına səbəb nədir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında elm və təhsil məsələləri üzrə ekspert Rizvan Fikrətoğlu bildirib ki, əvvəlki illərə nisbətən bizim universitetlər artıq reytinqlər uğrunda ciddi mübarizə aparmağa başlayıb:

Onun sözlərinə görə, bu mübarizənin özü də müsbət dinamikadır:

“Artıq bizim universitetlər dünya səviyyəsində bir reytinqə girirlər Universitetlərin reytinqə düşməsi üçün bir çox məsələlər nəzərə alınmalıdır. Bizdə universitetlərdə tədqiqat problemi var. 

Yəni universitet reytinqə girirsə, burada tədqiqat aparan alim hər hansı universiteti təmsil etməlidir. Məhz bu problem tezliklə həll olunmalıdır.

Həmçinin, ali məktəbin reputasiyası və perestiji çox önəmlidir. 

Bundan başqa işə götürənlərin prestijli olması da vacib rol oynayır. Yəni həmin universitetin məzunlarını kimlər işə götürür.

Məsələn, İqtisad Universitetinin məzunu gedib marketdə satıcı işləyirsə, bu perestijli hesab olunmur. Yəni onun bitirdiyi təhsilə uyğun onu işə götürmüş sayılmır”.

Ekspert qeyd edib ki, reytinq məsələsində həll olunması vacib olan olduqca önəmli məsələlər var:

“Bundan başqa, müəllim-professor heyətinin tələbə sayına uyğunluğu əsas götürülən cəhətlərdən biridir.

Həmçinin, Azərbaycan alimlərinin universitetdəki alimlərə istinad sayı da önəmlidir. Azərbaycan alimlərinin beynəlxalq jurnallarda məqalələrinin sayı, məqalələrin lokal yox, qlobal olması və s. 
məsələləri misal çəkə bilərik. Əlavə olaraq, reytinq cədvəlinə məlumatlar daxil olunarkən tam əhatəli daxil olmalıdır ki, qiymət verilə bilsin. 

Müxtəlif beynəlxalq retinqlər də var. Məsələn, “Ul Greenmetric 2024" dünya universitetlərinin reytinqində Azərbaycan ali təhsil müəssisələrinin sayı 3 dəfə artaraq 12-ə çatıb. Bu da bir reytinq hesablayıcıdır. Orada əvvəl 4 Azərbaycan universiteti yer alırdısa, indi bu say 12-dir.

Hazırda özəl universitetlər də reytinq uğrunda mübarizə aparır. 

Əvvəlki reytinqlərdə Sumqayıt Dövlət Universiteti vardı. Artıq reytinqlərdə region universitetlərindən Mingəçevir Dövlət Universitetini də görürük.

Artıq universitetlər səhvlərini düzəltməyə başlayıb və reytinq uğrunda mübarizəyə qalxır. Məhz universitet bundan sonra işə götürdüyü müəllim ilə və ya tələbəsi ilə maraqlanacaq ki, o işlə təmin olunsun.

Həm tələbələrin, həm də universitetdə dərs keçən müəllim-professor heyətinin şəraitinin yaxşılaşdırılması üçün ciddi tədbirlər görüləcək. Yəni reytinq uğrunda mübarizə bu məsələlərin də müsbət dinamikada inkiafına şərait yaradır”. 

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Dekabr 2024 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri