Icma.az
close
up
RU
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Çin arasında yeni tərəfdaşlıq əlaqələri qurulur

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Çin arasında yeni tərəfdaşlıq əlaqələri qurulur

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 27 may, AZƏRTAC

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çinin paytaxtı Pekində keçirilən 11-ci “Çin və Qloballaşma” Forumuna tərəfdaş qismində qoşulub.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, forum çərçivəsində Çin-ABŞ, Çin-Avropa İttifaqı və Çin-Yaxın Şərq münasibətləri, süni intellekt sahəsində yeniliklər və demoqrafik çağırışlar kimi aktual mövzular ətrafında 15 panel müzakirəsi keçirilib. Bu müzakirələrdə Mərkəzin üzvləri də çıxışçı qismində iştirak ediblər.

Səfər çərçivəsində Mərkəzin üzvləri bir sıra yüksək səviyyəli görüşlər keçiriblər. Xarici İşlər üzrə Çin Xalq İnstitutunun (CPIFA) prezidenti Vanq Çao ilə keçirilən görüşdə Mərkəz və Çin arasında əməkdaşlığın perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mərkəzin üzvləri, həmçinin Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Nurlan Yermenbayev ilə də görüşdə olublar. Görüşlər zamanı Mərkəzin təşkilatçılığı ilə hər il baş tutan Qlobal Bakı Forumunda Çin tərəfinin iştirakı və birgə əməkdaşlıq imkanları geniş müzakirə olunub.

Ümumi müzakirələr zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin cari və gələcək fəaliyyət istiqamətləri, o cümlədən bu il Özbəkistanda və Nyu-Yorkda keçiriləcək ali səviyyəli toplantılar, eləcə də 2026-cı ildə Bakıda baş tutacaq Urban Forum barədə də fikir mübadiləsi aparılıb.

Səfər zamanı nümayəndə heyətinin iştirakı ilə Tsinxua Universitetinin Şvartsman Kollecində “Multilateral təşkilatlar vasitəsilə bəşəriyyətin ortaq qlobal problemləri ilə üzləşmək” mövzusunda tədbir təşkil edilib. Tədbir çərçivəsində Mərkəzin üzvləri çıxış edərək, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, Çinin müasir dünyadakı rolu və qlobal çağırışlara qarşı birgə həll yolları haqqında fikirlərini bölüşüblər. Tədbirdə iştirak edən tələbələrlə interaktiv müzakirələr aparılıb, onların sualları cavablandırılıb.

Nümayəndə heyəti Çin Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (CIISS) rəhbərliyi ilə də görüşüb və potensial əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, səfər çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzini sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların yüksək vəzifəli şəxsləri – Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Sloveniyanın sabiq Prezidenti Borut Pahor, Şanxay Əməkdaşlıq Təşkilatının sabiq Baş katibi Vladimir Norov, Avropa Parlamentinin sabiq vitse-prezidenti Rodi Kratsa, Monteneqronun sabiq müdafiə naziri Militsa Peyanoviç, Moldovanın sabiq Baş naziri Dumitru Bragiş və İspaniyanın sabiq xarici işlər naziri Ana Palacio təmsil ediblər.

Bu səfər Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Çin arasında münasibətlərin möhkəmləndirilməsi, yeni tərəfdaşlıqların qurulması və qlobal dialoqun təşviqi baxımından mühüm əhəmiyyət kəsb edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 May 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri