Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Nizami rayon sakini mənzilində razılığı olmadan söküntü aparılmasından ŞİKAYƏTÇİDİR

Nizami rayon sakini mənzilində razılığı olmadan söküntü aparılmasından ŞİKAYƏTÇİDİR

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, ev 43, mənzil 28-in sahibi Diana Aleksandrovna Andreyeva "Kursus-Nizami" mənzil-tikinti kooperativindən şikayətçidir.

Sakin Oxu.Az-a ünvanladığı şikayətdə qeyd edib ki, sözügedən tikinti şirkəti onu mənzilindən razılığı olmadan, məcburi çıxarıb.

"Kursus-Nizami" MTK mülkiyyəti mənə məxsus olan mənzili sökmək niyyətindədir. Sözügedən şirkət 2024-cü il oktyabrın 21-i məni və uşaqlarımı mənzildən məcburi çıxarıb. Bizə mənzildəki əşyalarımızı daşımağa da icazə vermədilər. Şirkətin fəhlələri əşyalarımı səliqəsiz çıxardığı üçün bir qismi zərər gördü. Onların bu qanunsuz əməlini icra məmurları görüb, lakin hərəkətlərinə son qoymayıblar. Fəhlələr özlərini kobud apararaq bizimlə əlbəyaxa davaya çıxmışdılar. İcra məmurları mənzilimdən çıxarılan əşyaların hara aparıldığına dair mənə məlumat verməmişdi. Üzərindən bir neçə saat keçəndən sonra axşam vaxtı məlumat verildi.

Həmçinin "Kursus-Nizami" MTK mənə qarşı ayrı-şeçkiliklə yanaşıb. Belə ki, digər ikiotaqlı mənzillərin mülkiyyətçilərinə həm müqavilələr, həm də qətnamə ilə iki ədəd təmirli mənzil (fərqli variantlar, yəni üçotaqlı və birotaqlı və ya üçotaqlı və ikiotaqlı, yaxud hər ikisi ikiotaqlı) və bir ədəd qaraj, mənə isə yalnız bir ədəd üçotaqlı mənzil verilir. Hətta məndən fərqli olaraq, digər şəxslərə daha artıq kirayə pulu təklif edilir. Bu ayrı-şeçkilik, bərabərsizlik qəbuledilməzdir.

Bundan əlavə, "Kursus-Nizami" MTK torpaq sahəsinin mülkiyyətçisi olmadığına görə mənzillərin mülkiyyətçiləri ilə bu kooperativ arasında tikiləcək binalarda olan mənzillərin alınmasına dair notarial qaydada təsdiq olunan müqavilələr bağlandığı təqdirdə həmin mənzillərə Daşınmaz Əmlakın Dövlət Reyestrində mənzillərin mülkiyyətçilərinin xeyrinə təminat qeydlərin aparılması mümkün deyil.

Hazırda mən evimdən çıxarıldığım üçün dörd aydır ki, evsiz qalmışam. Mülkiyyətçisi olduğum mənzildə söküntü işləri görüldüyü üçün oraya qayıda bilmirəm. Problemim isə həll olunmur".

Məsələ ilə bağlı "Kursus-Nizami" MTK-nın sədri Elnur Hüseynov Oxu.Az-a açıqlamasında bildirib ki, Diana Andreyevaya müxtəlif təkliflər edilsə də, o, heç bir təkliflə razılaşmayıb və 450 min manat məbləğində pul tələb edib:

"Həmin ünvanda yerləşən, istismar müddətini tamamlamış binalar sökülərək yerinə müasir binaların tikilməsi nəzərdə tutulub. Bu işlər müvafiq sərəncamlar əsasında aparılır. Binanın yararsız olması barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) rəyi var, təcili sökülməsi barədə qərar çıxıb. Buna görə də mənzil sahibləri ilə danışığa gedib, notarial qaydada müqavilələr bağlamışıq. Biz məhkəməyə müraciət etməzdən öncə xanımla dəfələrlə görüşmüşük. Onun evi təxminən 52 kvadratmetrdir. İlk görüşdə təklif verdik ki, 69 kvadratlıq ikiotaqlı mənzil verək. O sonra dedi ki, körpə uşağım var və s. Biz rəhbərlikdən xahiş etdik ona üçotaqlı, 94 kvadratmetrlik mənzil verdik. Lakin qadın sonra razılaşmadı. Bizdən 450 min manat tələb etdi.

Qara Qarayev prospekti, K.Balakişiyev küçəsində 56 kvadrat metrmənzilin qiyməti 110-120 min manatdır. 450 min manat məbləğində pul tələb edilməsi absurddur. Elə deyir ki, şəxsi mülkümdür, tələbim budur. Belə söz-söhbətlər oldu. Biz nəticə etibarilə məhkəməyə müraciət etdik.

Nəzərinizə çatdırım ki, 129 ailədən ikisi bizə pul tələbi qoydu. Onlardan biri də bir milyon manat tələb edirdi. Sonuncu görüşdə rəsmi orqanların nümayəndələri, polislər orada iştirak etdilər. Çəkiliş aparıldı, akt yazıldı. Hamısı da qanuni yolla icra edilib. Biz yenə də xanıma mənzillə yanaşı, 18 kvadratmetrlik qaraj da təklif etdik. O razılaşmadı. Şirkətdir deyə dirəşib, pul alacağam deyir. Pul ilə danışığa getmək olardı, amma şişirdilmiş rəqəmə yox.

Hətta biz əvəzləşdirmə ilə mənzil istəmirsə, 52 kvadratmetrlik evin yerinə 65 kvadratlıq ikiotaqlı tam təmirli mənzil almağı da təklif etdik, xanım yenə razılaşmadı. Ancaq pul tələb edir".

Nizami Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, qeyd edilən məsələ ilə bağlı vətəndaş Diana Andreyeva və adıçəkilən MTK-nın rəhbərliyi RİH-ə dəvət olunaraq məsələnin müsbət həlli istiqamətində müzakirələr aparılıb, lakin bu mümkün olmayıb:

"Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində, 2519-cu məhəllədə yerləşən 6.02 ha torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 29.11.2021-ci il tarixli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 06.12.2021-ci il tarixli, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutunun 08.12.2021-ci il tarixli razılıq məktubları və Bakı Şəhər İcra Hakimiyyəti başçısının 338 saylı 23.12.2021-ci il tarixli Sərəncamı əsasında yaşayış kompleksinin tikintisi məqsədilə həmin ərazidə yerləşən, texniki vəziyyəti Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutunun 02.12.2021-ci il tarixli rəyinə əsasən, məhdud işlək vəziyyətdə qiymətləndirilib və istismar müddətini bitirib, müasir yaşayış tələblərinə cavab verməyən yaşayış binalarının sökülməsi, sakinlərin köçürülməsi və onların yeni mənzillərlə təmin edilənədək kirayə haqlarının ödənilməsi şərti ilə icarə əsasında "Kursus-Nizami" mənzil-tikinti kooperativinin istifadəsinə verilib.

"Kursus-Nizami" MTK tərəfindən K.Balakişiyev küçəsi 39, 41, 43, 47/13 saylı binalarda yerləşən 129 mənzilin sahibləri ilə müvafiq danışıqlar aparılaraq onlardan 126 mənzil sahibi ilə qarşılıqlı razılaşma əldə olunub, lakin K.Balakişiyev küçəsi 43, mənzil 28 ünvanında yaşayan Diana Aleksandrovna Andreyeva ilə qarşılıqlı razılaşma əldə olunmayıb.

"Kursus-Nizami" MTK-nın "daşınmaz əmlakın əvəzləşdirilməsi, kirayə haqqının ödənilməsi, mənzildən çıxarılma və əmlakın sökülməsi" tələbi ilə bağlı Nizami Rayon Məhkəməsi tərəfindən Diana Aleksandrovna Andreyevaya məxsus olan, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, ev 43 ünvanında yerləşən, sahəsi 51.6 kv.m olan 28 nömrəli mənzilin əvəzində Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsindəki 2519 saylı məhəllədə inşa ediləcək 2 nömrəli çoxmərtəbəli yaşayış binasının C blokunun 4-cü mərtəbəsində 94 kv.m sahəsi olan üçotaqlı 3C19 nömrəli təmirli mənzil verilməsi, yeni mənzil ilə təmin edilənədək ona hər ay 600 manat kirayə haqqı ödənilməklə həmin mənzildən çıxarılması və mənzilin sökülməsi barədə 12.09.2024-cü il tarixli, 2(007)-2329/2024 nömrəli Qətnamə qəbul olunub.

"Kursus-Nizami" MTK rəhbərliyindən bildirilib ki, məhkəmənin müvafiq qətnaməsinə baxmayaraq, vətəndaş Diana Aleksandrovna Andreyevnaya sahəsi 51.6 kv.m olan mənzilinə qarşı həmin ərazidə inşa ediləcək yeni yaşayış binasında sahəsi 94 kv.m olan bir ədəd üçotaqlı tam təmirli mənzil, sahəsi 18 kv.m bir ədəd qaraj və müvəqqəti yaşayış üçün 700 manat aylıq kirayə haqqı verilməsi təklif olunmasına baxmayaraq, vətəndaş D.Andreyeva 450 min manat pul vəsaiti tələb edərək, MTK ilə hər hansı bir razılaşmadan imtina edib və müvəqqəti köçürüldüyü mənzili boşaldaraq sahibinə təhvil verib.

Həmçinin bildiririk ki, D.Andreyeva tərəfindən Nizami Rayon Məhkəməsinin 12.09.2024-cü il tarixli, 2(007)-2329/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilib və Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyası 2(103)-633/2025 nömrəli, 07.01.2025-ci il tarixli qətnamə ilə vətəndaşın şikayətini təmin etməyərək Nizami Rayon Məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb".

Aygün Mirakif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://oxu.az
archiveBu xəbər 29 Yanvar 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see204

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see182

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see169

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see163

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see162

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see161

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see159

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see147

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see133

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see131

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri