Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Nizamişünasliğinin aktual problemlərinə dair Gəncədə II Beynəlxalq konfrans

Nizamişünasliğinin aktual problemlərinə dair Gəncədə II Beynəlxalq konfrans

525.az saytına istinadən Icma.az xəbər verir.

Dahi Azərbaycan şairi və mütəfəkkiri  Nizami Gəncəvinin  885 illiyinə həsr olunmuş “Azərbaycan və dünya nizamişünasliğinin aktual problemləri”  mövzusundakı mötəbər elmi forum Azərbaycan Milli Elmlər Akademiyasının və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə  AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin, Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin və Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin  birgə təşkilatçılığı ilə baş tutub.
Beynəlxalq Konfransa Azərbaycan, Türkiyə, Özbəkistan, İran, Livan, Hindistan, Litva, Pakistan, Almaniya  və Rusiya Federasiyasının Kalmıkiya Respublikasından alim və tədqiqatçılar qatılıblar.

Konfransdan əvvəl  iştirakçılar Ulu Öndər Heydər Əliyevin Gəncənin mərkəzindəki abidəsini ziyarət edib, müstəqil dövlətimizin banisinin heykəli özünə güllər düzərək, onun əziz xatirəsinə bir daha ehtiram bildiriblər.
Sonra konfrans iştirakçıları AMEA-nım Gəncə Bölməsinin böyük akt salonunun qarşısında bu elm ocağında aparılan elmi tədqiqatlardan, o cümlədən nizamişünaslığa aid nailiyyətlərdən bəhs edən sərgiyə tamaşa ediblər.

Konfransın açılışışında Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Ulu Öndər heydər Əliyevin və Vətən torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İştirakçıların diqqətinə AMEA-nın Gəncə Bölməsi tərəfindən hazırlanmış kiçik film də təqdim olunub. Bu videomaterialda AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin konfrans iştirakçılarına təbriki və uğur arzuları da yer alıb.

AMEA-nın Rəyasət Heyətinin üzvü, Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev Beynəlxalq konfransı açaraq, iştirakçıları və qonaqları dahi şair və mütəfəkkir Nizaminin döğma yurdu, qədim və müasirliyin, həmçinin  milli və ümumbəşəri dəyərlərin qovuşduğu məkan olan Gəncə şəhərində salamlayıb.

Akademik  F. Əliyev çıxışında xatırladıb ki, Ulu Öndər Heydər Əliyev  Respublikamıza rəhbərlik etdiyi andan  etibarən Azərbaycanın müxtəlif əsrlərdə yaşamış klassiklərinin, onların fikirlərinin dərindən öyrənilməsi və geniş təbliği məsələlərini milli şüur və ideologiyamızın zənginləşdirilməsinə təkan verə bilən başlıca amillərdən hesab edib; təsadüfü deyil ki, o dövrdən bəri klassiklərimizin zəngin dünyası uşaq ədəbiyyatı və dərsliklərdən tutmuş, bədii nümunələrə, elmi araşdırmalara, incəsənətə, teatr, kino və televiziyaya, musiqi əsərlərinə dərindən sirayət edib.

Akademik F. Əliyev  həmçinin Ümummilli Lider Heydər Əliyevin  daim Azərbaycanın tarix və mədəniyyətində əlamətdar şəhər olan Gəncənin, eləcə də onun böyük övladı Şeyx Nizaminin milli varlığımızda tutduğu uca mövqeyi yüksək dəyərləndirdiyini qeyd edib.
O, Nizami yaradıılığı və fəlsəfi fikrinin öyrənilməsində  Gəncənin elmi mühitnin nümayəndələrinin daim aparıcı mövqelərdə olduğunu da vurğulayıb.

Akademik Fuad Əliyev konfransın iştirakçılarından biri, yorulmaz nizamişünas, Bakı Dövlət Universitetinin dosenti,  filologiya üzrə fəlsəfə doktoruü Əsmətxanım Məmmədovanı yubiley yaşının tamam olması münasibətilə təbrik edib, Gəncə Bölməsinin adından ona fəxri fərman və hədiyyə təqdim edib.

Açılış iclasında Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov da çıxış edib. O, beynəlxalq konfransın iştirakçılarına Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun salamlarını və uğur arzularını çatdırıb.
Y. Bədəlov hazırki beynəlxalq konfransın keçirilməsinin Gəncə alimlərinin daha bir nailiyyəti kimi dəyərləndirib.
Y. Bədəlov çıxışında həmçinin böyük mütəfəkkirimiz Nizami Gəncəvinin irsinin mahiyyətinin milli-mənəvi dəyərlərimizin əsaslarından biri kimi formalaşdırılmasında, bu baxımdan onun əsərlərinin geniş miqyasda tədqiqi, nəşri və təbliği məsələlərinə,  o cümlədən mütəmadi olaraq yubileylərinin ən yüksək səviyyədə keçirilməsinə nail olunmasında Ulu Öndər Heydər Əliyevin əvəzsiz rolu olduğunu, müasir dövrümüzdə də bu yanaşmanın cənab Prezident İlham Əliyev tərəfindən qlobal miqyasda uğurla davam etdirildiyini vurğulayıb.

Sonra AMEA-nın  Gəncə Bölməsinin elmi işlər və rəqəmsal inkişaf üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Əlimuxtar Muxtarovun moderatorluğu ilə  konfransın plenar iclası olub.

Gəncə Bölməsi  Nizami Gəncəvi Mərkəzinin şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Təranə Verdiyeva “Nizami Gəncəvinin əsərində Gəncənin tarixi taleyi”, Bakı Dövlət Universitetindən filologiya üzrə fəlsəfə doktoru, dosent Əsmətxanım Məmmədova “Xaqani Şirvani və Nizami Gəncəvi əsərlərində vurğunun semantik diferensiasiyadaki rolu”, Odlar Yurdu Universitetinin professoru Rüstəm Kamal “Məmməd Arazın poetik mifologiyasinda  Nizami Gəncəvi şair arxetipi kimi”,  Hacettepe Üniversitetindən Dosent-doktor  Aysun Çelik  “Türkiye’de Nizami Gencevi  çalişmalari ve bibliyometrik bir analiz”, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun professoru  Xuraman Hümmətova “Nizami

Gəncəvi irsinin Mövlana Rumi yaradiciliğinda əksinin konseptualliği”, o cümlədən həmin institutdan filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyeva  “Nizami Gəncəvinin “Xəmsə” ənənəsi və Xacu Kirmani yaradiciliği”, filologiya üzrə fəlsəfə doktoru dosent Mərziyyə Nəcəfova “Nizami Gəncəvi yaradiciliğinda bəşəri və multikultural dəyərlər”, filologiya elmləri doktoru, dosent Könül Hacıyeva “Nizami Gəncəvinin əsərlərində etik dəyərlər sistemi: əxilik və multikultural birgəyaşayişin poetik təcəssümü”, filologiya elmləri doktoru Ataəmi Mirzəyev  “Azərbaycan epik şeirində “Leyli Və Məcnun” mövzusu: Nizamidən Füzuliyə doğru”,  Zəkiulla Bayramlı “Nizamişünaslığın şah əsəri”,  Litvanın Vilnüs şəhərindən  gələn yazar, şair, araştırmacı, dilçi  ve tərcüməçi Tahirə Günəş “Nizami Gəncəvi və  urdu dili: tərcümə yoluyla linguistik köprü”, Bakı Slavyan Universitetindən filologiya elmləri doktoru, professor Bella Musayeva “Гуманистические основы мультикультурализма в поэзии Низами Гянджеви”,   Üsküdar Üniversiteti Təsəvvüf Araştırmaları İnstitutundan filologiya üzrə fəlsəfə doktoru Sǝadǝt Mǝmmǝdova “Nizami Gencevi’nin mesnevilerinde aşkin tasavvufi boyutlari”, İstanbul Üniversitetinin doktorantı Aleyna Malkoç “Nizaminin izinde: gec dönem cağatay türkçesinde mensur bir İsgendername nüshasi üzerine”, Qarabağ Universitetindən filologiya elmləri doktoru,dosent Əzizağa Nəcəfov “Nizami Gəncəvi yaradiciliğinda peyğəmbər obrazlari”, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundan filologiya üzrə fəlsəfə doktoru, dosent Xatirə Yusifova “Müasir rəqəmsal elmi mühitdə nizamişünasliğin yeni tədqiqat istiqamətləri: Nizaminin yaradiciliğinin rəqəmsal humanitar elmlər kontekstində tədqiqi”, Azərbaycan Dövlət Pedaqoji Universitetindən filologiya üzrəfəlsəfə doktoru, dosent Xoşbəxt Əliyeva “Nizami poeziyasinda türk qadin arxetipi”, Gəncə Dövlət Universitetindən filologiya üzrəfəlsəfə doktoru, dosent Afaq Yusifli “Nizami Gəncəvinin “Mahanin nağili” hekayəsi və N. Hotornun “Gənc Qudman Braun” novellasi arasinda paralelizmlər”,  həmin universitetdən filologiya üzrəfəlsəfə doktoru, dosent Bayram Apoyev “Professor Mərdan Muradxanov pedaqoji nizamişünaslığın banisi kimi” Şirvan şəhəri 16 nömrəli orta məktəbin dil-ədəbiyyat müəllimi, filologiya üzrəfəlsəfə doktoru Şəhla Məcidova “Xosrov və Şirin” poemasinda “Kəlilə və Dimnə” hekayətləri”, AMEA-nın akademik Z.Bünyadov adına  Şərqşünaslıq İnstitutundan filologiya üzrə fəlsəfə doktoru Sevinc Nuriyeva “Əbədi həyat axtarışında olan qəhrəmanlar – şumerlərin Bilqamisi Nizaminin İsgəndərinin prototipidir?”, araşdırmaçı-tələbə Mirzəhra Hüseynzadə “Nizami poeziyasında didaktiv şeirin irfani qatları” mövzuları üzrə məruzə ediblər.

Sonra konfrans öz işinin “Nizami Gəncəvi və türk dünyasi”, “Nizami Gəncəvi və Azərbaycan şifahi xalq ədəbiyyatı”, “Nizami Gəncəvi və dünya ədəbiyyatı”,”Nizami Gəncəvi yaradıcılığında din və irfan”, Nizami Gəncəvi və incəsənət”, “Nizami Gəncəvi yaradiciliğinda bəşərilik və birgəyaşayiş məfhumu”,”Nizami Gəncəvi: sələflər və xələflər” və “Müasir rəqəmsal elmi mühitdə nizamişünasliğin yeni tədqiqat istiqamətləri” adlı 8 bölmə üzrə davam etdirib.

Qeyd edək ki, beynəlxalq konfransa qəbul olunmuş məqalələr  ümumi həcmi 1250 səhifə olmaqla 4 cilddə nəfis şəkildə  nəşr olunub. Bu materiallar iştirakçılara paylanıb.

Konfrans dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini və  Nizami Gəncəvi Muzeyinin ziyarəti ilə yekunlaşıb.

Elmi foruma qatılan qonaqlar iki gün ərzində səmərəli və yaddaqalan anlar yaşayıblar. Onlar həmçinin yerli Mədəniyyət İdarəsi tərəfindən təşkil olunan “Nizami Gəncəvi və bəşəri dəyərlər: Mədəniyyətlərarası dialoq və ortaq irs” mövzusundakı Beynəlxalq Simpoziuma da qatılıblar, Gəncə Dövlət Dram Teatrında “Əli və Nino” tamaşasına baxıblar, Gəncə “İmamzadə” Dini-Tarixi Kompleksində olublar.

Zakir Muradov,

Gəncə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://525.az
archiveBu xəbər 02 Noyabr 2026 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see626

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see558

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see435

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see305

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see300

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see300

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see287

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see278

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see245

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see237

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see227

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see226

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see214

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see210

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see210

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see209

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see192

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see177

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see172

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri