Icma.az
close
up
RU
Nobel Sülh Mükafatçısı: Elm bu gün ən güclü diplomatiya alətlərindən biridir

Nobel Sülh Mükafatçısı: Elm bu gün ən güclü diplomatiya alətlərindən biridir

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 18 noyabr, Ceyhun Xəlilov, AZƏRTAC

Elmi-texnoloji məsələlərdə ən önəmli məqamlardan biri etika və təhlükəsizlik mədəniyyətidir. Gələcəyin texnologiyaları yalnız texniki biliklə deyil, həm də məsuliyyətlə idarə olunmalıdır. Süni intellekt, nüvə texnologiyaları və enerji sistemləri kimi sahələrdə etik davranış, məlumatların qorunması və beynəlxalq standartlara əməl olunması qlobal etimadın əsasını təşkil edir. Bu, həm elmi diplomatiyanın, həm də texnoloji tərəqqinin ayrılmaz hissəsidir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Dünya Azərbaycanlı Alimlər Birliyinin həmsədri, Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə (AEBA) çalışan həmvətənimiz, Nobel Sülh mükafatçısı Bəxtiyar Siracov söyləyib.

Azərbaycan elmini dünya arenasında təqdim etmək barədə danışan Bəxtiyar Siracov bu prosesin bir neçə strateji istiqamətinin olduğunu diqqətə çatdırıb.

“Azərbaycanın qlobal miqyasda elmi nüfuzunun artırılması üçün strategiyalar haqqında danışarkən qeyd etməliyəm ki, elmimizi beynəlxalq səviyyəyə çıxarmaq üçün digər mühüm strategiyalarla yanaşı, aşağıdakı istiqamətlər də prioritetlər sırasında yer almalıdır:

- İnsan kapitalına yatırım - Gənc alimlər üçün beynəlxalq təcrübə proqramları, birgə doktorantura layihələri və dünya səviyyəli tədqiqat mərkəzlərinə çıxış imkanları yaradılmalıdır. Bu, həm bilik mübadiləsini, həm də elmi diplomatiyanı gücləndirər.

- Elm-sənaye inteqrasiyası - Universitetlər, texnoparklar və özəl sektor arasında sıx əməkdaşlıq qurmaqla tədqiqatların nəticələri real məhsullara və texnoloji innovasiyalara çevrilə bilər. Elmi fəaliyyətin iqtisadi dəyəri artdıqca, elm də cəmiyyətin vacib sütunlarından birinə çevriləcək.

- Qlobal əməkdaşlıq və elmi diplomatiya - Azərbaycan alimləri beynəlxalq platformalarda daha fəal iştirak etməlidirlər. Elm bu gün ən güclü diplomatiya alətlərindən biridir. Biz həm regionda, həm də beynəlxalq miqyasda “elm vasitəsilə sülh” modelinin fəal tərəfdarı olmalıyıq”, - deyə o qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see201

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see186

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see181

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see171

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see170

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see155

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see155

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see155

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see151

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see149

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see138

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see137

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see136

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see130

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri