Icma.az
close
up
RU
Normal bədən hərarəti haqqında təəccüblü faktlar. 36,6 deyil!

Normal bədən hərarəti haqqında təəccüblü faktlar. 36,6 deyil!

Icma.az, Saglamolun saytına istinadən bildirir.

Hamı bilir ki, sağlam insanın bədən hərarəti hər zaman 36,60C olmalıdır. Yəqin ki, siz bunu heç də belə olmadığını bildikdə çox təccüblənəcəksiniz.

Məsələ ondadır ki, hərarətin bu normadan 0,4 - 10C kənara çıxması da normal hal sayılır.

Araşdırmalar nəticəsində məlum oldu ki, insanların əksəriyyətinin orta normal hərarəti 36,60C yox - 37,00C -dır.

Bundan əlavə normal bədən hərarəti ayrı-ayrı insanlarda fizioloji vəziyyətindən, günün saatından, fiziki gərginlikdən, orqanizmin hormonal fonundan və bəzi ətraf mühit amillərindən asılı olaraq xeyli dəyişilə bilər (35,50C -dən 37, 50C -dək).

Saglamolun.az bildirir ki, sağlam insanların bədən hərarəti gün ərzində təxminən 0,50C dəyişilir. Belə ki, ən aşağı hərarət göstəricisi səhər 4.00-6.00, ən yüksək isə 16.00 - 20.00 radələrində qeyd edilir. Beləliklə, axşam hərarətin yüksəlməsi barədə şikayətlər çox vaxt əsassızdır, bu sadəcə bədən hərarətinin fizioloji artması ilə əlaqəlidir.

Qadınlarda hərarət menstrual dövrünün fazalarına uyğun olaraq dəyişilir. Belə ki, ovulyasiya günü və ovulyasiya günündən sonra qadınlarda bədən hərarəti bir qədər qalxaraq menstruasiyaya yaxın düşür.

Bundan əlavə insan bədəninin hərarəti yeməkdən, siqaret çəkməkdən, stresdən sonra qalxa bilər. Bu səbəbdən heç zaman dərhal qida qəbulundan və stresdən sonra hərarəti ölçməyin - nəticə səhv olacaq.

Uşaqlarda 37,50C qədər olan hərarət heç bir digər xəstəlik əlamətləri olmadıqda normal sayılır. Həddən artıq isti geyindirilən uşaqda hərarət çox yüksək rəqəmlərə qalxa bilər (hətta 400C -dək). Uşaq çox hərəkət etdikdə də bədən hərarəti yüksələ bilər.

Yaşlı insanlarda hərarətin yüksəlməsi cavanlarla müqayisədə daha az hallarda təsadüf edilir.

Bəzi tam sağlam insanlarda, xüsusən qadınlarda, heç bir xəstəliyin əlaməti olmadan hərarətin davamlı qalxması müşahidə olunur (37,50C -dən 38,00C -dək).

Hipertermiya (hərarətin həqiqi qalxması) 38,50C sayılır.

İnsanın hərarətini təyin etdikdə yuxarıda sadalanan fərdi xüsusiyyətləri nəzərə almaq lazımdır. Belə ki, yaşlı insanda saat 6.00-da ölçülən hərarət 37,50C -dirsə bu hər hansı bir xəstəliyin və ya patoloji halın əlaməti kimi sayıla bilər. Və ya, əksinə, cavan insanda saat 18.00-da ölçülən hərarət 37,50C -dirsə, bu norma variantı kimi sayıla bilər.

Subfibril hərarət 37,50C -dən 38,30C -dək olan hərarətdir. Bəzi hallarda subfebril hərarət müxtəlif infeksion və s. xəstəliklərin əlaməti kimi meydana çıxır. Bəzən isə belə hərarət heç bir xəstəliklə bağlı olmayaraq normal hərarətin parafizioloji variantı sayılır. Hərarətin belə qalxması heç bir səbəbi olmadan illərlə davam edə bilər.

Belə vəziyyət cavan astenik tipli, baş ağrılarına və veqetativ distoniyaya meylli olan qadınlara xasdır. Lakin bəzən cavan kişilərdə və uşaqlarda da təsadüf edilir. Bu hal tez-tez nevrozlar, yuxusuzluq, zəiflilik, qarın və döş nahiyyələrində ağrılarla müşahidə olunur. Adət olunmuş hipertermiya diaqnozu yalnız uzun müddət ərzində xəstəyə nəzarət etdikdən sonra qoyula bilər.

Subfebril hərarətin səbəbi stres və psixi gərginlik də ola bilər. Buna "psixoqen hərarət" deyilir. Psixoqen hərarət bu kimi simptomlarla müşahidə olunur: ümumi əhval-ruhiyyənin pis olması, təngnəfəslik, başgicəllənmələr.

Nəzərə almaq lazımdır ki, qolaltı nahiyəsində ölçülən hərarətin göstəriciləri ağız boşluğu və duz bağırsaqda ölçülən hərarətin göstəricilərindən aşağı olur. Ən yüksək temperatur göstəriciləri düz bağırsaqda olur. Bu səbəbdən mütəxəssislərin əksəriyyəti hərarəti qoltuğaltı nahiyəsində ölçməyi tövsiyə edir.  

Hər insanın öz normal hərarətini bilməyi çox vacibdir. Hərarəti günorta saatlarında qida qəbulundan bir müddət keçdikdən sonra sakit vəziyyətdə ölçmək lazımdır.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:327
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri