Icma.az
close
up
RU
Növbəti ildə inflyasiya bir rəqəmli göstəricilərini aşmayacaq İqtisadçıdan PROQNOZ

Növbəti ildə inflyasiya bir rəqəmli göstəricilərini aşmayacaq İqtisadçıdan PROQNOZ

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

2025-ci ilin aprel ayında yenilənmiş proqnozlara görə illik inflyasiyanın cari ildə 5.3%, 2026-cı ildə 4.3% ətrafında olacağı gözlənilir.

Bu barədə “APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Qeyd edilib ki, mövcud siyasət çərçivəsində baza ssenari üzrə 2025-ci və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı proqnozu dəyişməz qalır.


Məsələni dəyərləndirən iqtisadçı ekspert, Natiq Cəfərli  Sherg.az-a açıqlamasında bildirib ki, Azərbaycanda inflyasiyaya təsir edən səbəblər həddindən artıq çoxdur:


“Təbii ki, idxal inflyasiyası bazara ciddi təsir göstərir. Çünki biz idxaldan çox asılıyıq. Digər tərəfdən sual verməliyik ki, niyə bu qədər asılıyıq və xaricdəki qiymət dəyişikliyinin Azərbaycana niyə bu qədər ciddi təsirləri var? Bu nöqteyi nəzərdən baxanda yerli istehsalın artırılması, yerli bazarda məhsul istehsalının çoxalması, təbii ki, inflyasiyanı azalda biləcək səbəblərdən biri ola bilər. Bunun üçün isə yerli istehsal daha böyük diqqətdə saxlanılmalıdır. İstər kənd təsərrüfatı, istərsə də qeyri ərzaq məhsulları olsun. Azərbaycanda istehsal çox zəifdir və bu da idxaldan asılılığımızı artırır. İdxaldan asılılıqda xaricdəki qiymət dəyişikliyi Azərbaycanda özünü büruzə verməsi ilə nəticələnir. Amma bu səbəblərdən biridir. Digər səbəb isə pərakəndə satış bazarında rəqabətli mühit olsa da, çoxsaylı şəbəkə marketlər zinciri, fərdi mağazaların varlığıdır. Təkcə Bakı şəhərində 16-17 min ticarət nöqtəsi var. Amma topdansatış ticarətin də problemləri var. Topdansatış mal gətirən şirkətlərin sayı azdır və onların rəqabətli mühitdə fəaliyyət göstərdiyini söyləmək çətindir”.


İqtisadçı -ekspert Eyyub Kərimli isə bildirib ki, bu məsələlərə bir neçə parametrlərin və amillərin təsiri var:


“Sözsüz ki, inflyasiyanın 2026-cı ildə göstəricilərinin aşağı proqnozlaşdırılması iqtisadi siyasətin daha da səmərələşdirilməsinə təsir göstərir. Digər tərəfdən isə beynəlxalq faktorların da təsirini qeyd edə bilərik. Həmin dövrdə həm enerji daşıyıcıları, həm dünyada ərzaq qiymətlərindən, həm də əhalimizin alıcılıq qabiliyyətindən asılı olacaq. Ümumiyyətlə, hər bir ölkədə inflyasiyanın, təsirləri bir faktorla, ölçülə bilməz. Hesab edirəm ki, inflyasiya dərəcəsi 2026-cı  ildə neftin qiymətindən, qeyri neft sektorunun inkişafından ölkəmizdə asılı olacaq. Ölkəmiz hazırda idxaldan asılıdır və bu inflyasiyanın həddi, həm də idxal inflyasiyasının dərəcəsindən asılılığı həyata keçiriləcək. Sözsüz ki, bunların hamısı proqnozdur. Bəzi hallarda iqtisadi göstəricilər real proqnozlardan fərqli olur. Hesab edirəm ki, növbəti ildə də inflyasiya bir rəqəmli göstəriciləri aşmayacaq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 Aprel 2025 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri