Növbəti mərhələyə keçən biz olacağıq Lepinitsa
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Matça ciddi hazırlaşmışıq. Əlimizdən gələnin ən yaxşısını edəcəyik.
Axar.az xəbər verir ki, bu sözləri "Sabah"ın futbolçusu İvan Lepinitsa UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda Danimarkanın "Orxus" komandası ilə keçirəcəkləri cavab oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.
"İlk matçda rəqibin iki real şansı oldu ki, onları da qola çevirdi. Komandamıza inanıram və ümid edirəm ki, növbəti mərhələyə keçən tərəf biz olacağıq", - deyə yarımmüdafiəçi bildirib.
Qeyd edək ki, avqustun 11-də Masazırdakı "Bank Respublika Arena"da təşkil olunacaq “Sabah” – “Orxus” görüşü saat 20:00-da başlayacaq. Komandalar arasında Danimarkada keçirilmiş ilk matçda meydan sahibləri 2:1 hesablı qələbə qazanıblar.
Bu cütün qalibi pley-off mərhələsində "Srvena Zvezda" - "Hapoel" (Ber-Şeva, İsrail) duelinin güclüsü ilə qarşılaşacaq. Məğlub tərəf isə Avropa Liqasının pley-offunda "Benfika" (Portuqaliya) - "Harts" (Şotlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 10 Avqust 2026 20:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















