Icma.az
close
up
RU
Novruz milli bayram oldu, silahlar saxlanıldı, dil rəsmiləşdi: Kürdlərin ŞOK qələbə planı

Novruz milli bayram oldu, silahlar saxlanıldı, dil rəsmiləşdi: Kürdlərin ŞOK qələbə planı

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Suriyada maraqlı proseslər gedir. Belə ki, SDQ/YPG rəhbəri Məzlum Abdi ilə Suriyanın xarici işlər naziri Həsən Şeybani arasında telefon danışığı baş tutub. Söhbətin müsbət məcrada keçdiyi bildirilir. Bir müddətdir mübahisəli qalan məsələlər ətrafında ortaq məxrəcə gəlindiyi deyilir.

Anlaşmaya əsasən, SDQ/YPG bölgələrində qismən muxtar idarəetmə olacaq. SDQ/YPG öz strukturu ilə Suriya ordusuna qoşulacaq. Lakin yalnız üç diviziya saxlanılacaq, digərləri isə ləğv ediləcək. Qruplaşma üzvlərindən biri müdafiə nazirinin müavini təyin ediləcək. Hələlik bu şəxsin kimliyi bəlli deyil, lakin onun Məzlum Abdi olmayacağı bildirilir.

Həsəkə və Qamışlıda idarəetmə kürd administrasiyasında qalacaq. Sərhəd keçid məntəqələri və neft yataqları Dəməşqə təhvil veriləcək. Lakin bu obyektləri kürdlərdən ibarət, Suriya hökumətinin komandanlıq edəcəyi heyət qoruyacaq.

Kürd dili Suriyada İsraildə ərəb dilinin malik olduğu statusa bənzər şəkildə xüsusi regional dil statusu əldə edəcək. Novruz dövlət tərəfindən qeyd edilən milli bayram statusu qazanacaq. Vətəndaşlıqdan məhrum edilmiş kürdlərin vətəndaşlığı bərpa ediləcək. Rəsmi Dəməşq Həsəkəyə öz valisini təyin edəcək.

Razılaşmanın bir çox bəndi üzrə ortaq məxrəcə gəlinsə də, mübahisəli qalan maddələr də mövcuddur. Məhz buna görə hələlik razılaşma nə Dəməşq, nə də SDQ tərəfindən rəsmi şəkildə təsdiqlənməyib. Məsələn, SDQ hələ də Suriya ordusuna fərdi şəkildə deyil, üç diviziya formasında inteqrasiya etməkdə israrlıdır və bununla da öz strukturunu qoruyub saxlamağa çalışır.

İdarəetmədə kürd faktoru

Ərbil görüşündə təklif olunan çərçivə təşkilatın Suriya ordusunun komandanlığı altında fəaliyyət göstərməsini, lakin daxili birliyini və bütövlüyünü qorumaqla üç diviziya şəklində inteqrasiyasını nəzərdə tutur. İlkin razılaşma əldə edilib və buna görə də təşkilatın nəzarəti altında olan ərazilər rəsmi olaraq Suriya dövlətinin tərkib hissəsi kimi qalacaq, lakin kürdlər bu ərazilərin idarə olunmasında söz sahibi olacaqlar. Sərhəd keçid məntəqələri və neft yataqları Dəməşqə təhvil veriləcək, lakin bu sahələrə nəzarət üçün dövlət qurumlarında kürd personalı işə götürüləcək.

Kürdlərin düşündüyündən daha kiçik ərazilərdə nəzarət saxlanılsa, əllərində olan silahlı qüvvələrin kontingenti azaldılsa da, nəticə etibarilə istəklərinə nail olurlar. Əslində, bu maksimalist mövqe arzuolunan nəticəyə çatmaq üçün idi. Yəni istər mədəni hüquqlar, istərsə də yüksək muxtariyyət məsələsində prinsipial mövqe sərgiləməklə, nəticə olaraq razılaşma yolu ilə bunları əldə edirlər.

Yeri gəlmişkən, ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi və Türkiyədəki səfiri Tom Barak, həmçinin CENTCOM heyəti SDQ lideri Məzlum Abdi və digər kürd liderlərlə görüşüb. Bu görüş ABŞ-ın Suriyadakı qüvvələrini tamamilə çıxarmaq qərarı fonunda baş verir.

ABŞ necə ki, Əfqanıstanı tərk edərkən silahları Talibana buraxdı, eyni şəkildə Suriyada da bu silahları SDQ/YPG-yə buraxacaq. Yəni əslində ABŞ kürdlərə dəstək verməkdən imtina etmir. Əksinə, bu dəstək davam edəcək.

Nəticə etibarilə kürdlərin Suriyada muxtariyyət əldə etməsi gələcəkdə müstəqilliyə gedən yollarını aça bilər. Üstəlik, bu proses İraqla paralel və koordinasiyalı şəkildə irəliləyir.


Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 Yanvar 2026 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see300

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see238

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see216

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see206

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see194

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see187

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see186

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see183

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see171

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see170

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see164

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see154

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see152

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see151

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see151

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see151

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see151

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see147

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri