Novxanı bağları massivindəki partlayışda 2 nəfər hospitalizasiya olunub
Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Novxanı bağları massivindəki partlayışla əlaqədar Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına xəsarət alan 2 nəfər (1 qadın cinsli, 1 kişi cinsli) hospitalizasiya olunub". Bu sözləri SİA-ya açıqlamasında Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Ramil Zeynallı deyib.
O bildirib ki, 1949-cu il təvəllüdlü (kişi cinsli) şəxsə müxtəlif nahiyələrin I, II dərəcəli termiki yanığı diaqnozu, 1959-cu il (qadın cinsli) təvəllüdlü şəxsə əzilmiş, cırılmış yaralar diaqnozları təyin edilib: "1949-cu il təvəllüdlü şəxs ixtisaslı tibbi yardımın göstərilməsi üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunur.
Hazırda digər şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağırdır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 03 Dekabr 2024 12:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















